Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan xanlıqlarıMehdiqulu xan

Mehdiqulu xan Cavanşir - Qarabağın sonuncu hakimi, General-mayor, Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın atası.

Həyatı[redaktə]
İbrahimxəlil xan Cavanşirin oğludur.
Xurşidbanu Natəvanın atasıdır.
Mehdiqulu xanın babasıdır.
Xanbikə xanımın babasıdır. Ardı »

Azərbaycan xanlıqlarıBakı xan sarayı

Bu saray kompleksi, İçərişəhərin Şamaxı darvazasına yaxın, sağ tərəfdəki binaların yerində olmuş və dövrümüzə qədər qalmamışdır. Axrıncı Bakı xanı Hüseynqulu xanın sarayından, Əbdürrəlim bəy və Mehdiqulu bəyin evlərindən ibarət olan bu kompleks yeddi qapalı həyətin ətrafında düzülmüş yüzdən çox otaqdan ibarət idi. Kompleksin əsasını təşkil edən Xan sarayının böyük həyətində meyvə bağı və bağın ortasında hovuz olmuşdur. Saray və bəylərin evi əsasən ikimərtəbəli olub, memarlıq xüsusiyyətinə görə bir çox Azərbaycan evlərinin xüsusiyyətlərini əks etdirmişdir. Eyvanlar, şəbəkəli pəncərələr, balaxana kimi memarlıq elementləri bu qəbildəndir. Eyni zamanada yaşayış otaqlarının plandakı qarşılıqlı vəziyyəti Şirvanşahlar sarayının planını xatırladır. Kompleksin inşaat tarixi haqqında əlimizdə qalan plan Ardı »

Azərbaycan xanlıqlarıNəcəfqulu xan Qasımlı-Avşar

Həyatı[redaktə]
Nəcəfqulu xan Hüseynqulu xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Nəcəfqulu xan 1821-ci ildə Urmiyanın hakimi təyin olunmuşdu. B. Nikitin yazır: «Atası bəylərbəyi Hüseynqulu xan Salmas və Urmiya karvanlarını yağmalayan Albak kürdlərinin bölgədə yaratdıqları qarmaşaya bir son vermək və düzəni yenidən yaratmaq üçün, ölən sədrəzəm Məhəmməd Hüseyn xan Isfahiyə yerinə keçməli olan adamı saraya gətirilməsini əmr etdi, lakin 1236-cı ildə öldü». Abbas mirzə Qovanlı-Qacar 1827-ci ildə Urmiyaya gəlmişdi. “Şahzadə Urmunun hökumətini Nəcəfqulu xan Avşara tapşırdı. Şaha çatdırmaq üçün bir məktub yazıb, qardaşı Qasım mirzəyə verib, Tufarqana yola düşdü. Şahzadə Tufarqana ge¬dərkən sadəcə beş yüz süvari yanına aldı. Qalan Ardı »

Azərbaycan xanlıqlarıArşaq mahalının kəndləri

Arşaq mahalına aşağıdakı kəndlər daхil idi: Talıbqışlağı, Pirəlvan, Qulubəyli, Lələli, Ağ qala, Rəzеy, Kərəmşahlı, Rəhimbəyli, Şərifbəyli, Yuхarı Zülfəli, Çatqaya, Kimçqışlağı, Qоca bulağı (bəzi qaynaqlarda Хоcabulağı), Ağdərə, Kоlan dərə, Bоyaçı, Fətibəyli, Bərk çay, Qaz, Yuхarı Qоşa, Aşağı Qоşa, Gəzmə. Ardı »

Azərbaycan xanlıqlarıQızılqaya xəyanəti

Şuşanı mühasirədə saxlasa da uğur qazana bilməyən Məhəmməd Həsən xan Qacar Qarabağdan geri çəkiləndən sonra Pənah xan Qarabağlı, Kərim xan Qaradağlı, Heydərqulu xan Naxçıvanlı və Şahverdi xan Gəncəli bir araya gələrək, Hacı Çələbinin hərəkətlərini muzakirə edirlər. Muşavirədə deyilir ki, Hacı Çələbi onları saymır və onlarla "sülh və dostluq yoluna gəlmir". Onlar Hacı Çələbi ilə mübarizəyə başlamaq qərarına gəlir və bu qərarlarını gürcü çarına da çatdırırlar. Çar onları danışığa dəvət edir.

Danışıqlara gəlmiş bu dörd xanı 1752-ci ildə Gəncə yaxınlığında gürcü çarı Teymuraz və onun oğlu İrakli Gəncəni və Qarabağı tutmaq niyyəti ilə əsir götürürlər. Şahverdi xan Qacarın xidmətçilərindən biri (başqa bir versiyaya Ardı »

Azərbaycan xanlıqlarıCavad xanın siyasəti və Qafqazda rus maraqları

Çar İraklinin ölümündən sonra Cavad xan Nadir şahın vaxtında İrakliyə bağışlanmış Borçalı və Şəmşədil mahallarını geri qaytarmağa çalışır. Lakin ona yalnız Şəmşəddil mahalını azad etmək müyəssər olur. O öz oğlu Uğurlu xanı da oraya göndərir. II Yekaterinanın sərəncamı ilə 1796-cı ildə onun favoriti Platon Zubovun qardaşı Valerian Zubovun başçılığı altında rus qoşunlarının Qafqaza yürüşü başlanır. Yürüşün rəsmi səbəbi kimi Ağa Məhəmməd xanın pozduğu əmin-amanlığın bərpa olunması göstərilirdi. Çox qısa bir müddətdə ruslar az qala döyüşsüz və müqavimətsiz Azərbaycanın demək olar ki, bütün Xəzəryanı bölgələrini tuturlar. Xanların bir çoxu aralarında türk və İran meyllilər də olmalarına baxmayaraq, xanlığın və xan hakimiyyətinin saxlanılması Ardı »