Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AktyorlarElşən Cəbrayılov

Aktyor
[redaktə]
Həyatı

Cəbrayılov Elşən Şahin oğlu 12 iyul 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib.Universitetdə təhsil ala-ala Musiqili Komediya Teatrında, əvvəl balet artisti, sonra xor aktyoru işləyib. 2-ci kursda oxuyanda Akademik Milli Dram Teatrına dəvət olunaraq, N.Hacızadənin "Qisas qiyamətə qalmaz" tamaşasında Nurlan rolunu ifa edib. Elşən Cəbrayılov 1999-cu ildə Akademik Milli Dram Teatrının truppasına aktyor qəbul olunub. O, teatrda aşağıdakı rolları oynayıb:

Şiruyə ("Fərhad və Şirin" S.Vurğun), 3-cü ərizəçisi ("Lənkəran xanının vəziri" M.F.Axundov), İlyas ("Aydın"C.Cabbarlı), 2-ci aktyor və Kapitan ("Hamlet"V.Şekspir), Patrik ("Brüsseldən məktublar" H.Həsənov), Vəkil ("Varlı qadın" Ə.Əmirli), Fikrət ("ikinci səs" B.Vahabzadə), Oğlan Ardı »

AktyorlarSadıq Əhmədov

Həyatı

Sadıq Əhmədov 5 fevral 1960-cı ildə anadan olmuşdur.
[redaktə]
Filmoqrafiya
Dronqo (serial, 2002)
Əlvida, cənub şəhəri (film, 2006)
Cavid ömrü (film, 2007)
Qafqaz (film, 2007)
Məhkumlar (film, 2007)
Səhərə inan... (film, 2011)
Dolu (film, 2012)
Ardı »

AktyorlarƏlihüseyn Qafarlı

Aktyor
[redaktə]
Həyatı

Musiqili Komediya Teatrının kiassik peşəkar aktyorlarından biri də Əlihüseyin Qafarlı olub. Yüksək aktyorluq texnikasına malik idi. Milli xalq oyun estetikasına əsaslanan zəngin və son dərəcə əlvan, parlaq, mənalı ifadə vasitələri vardı. Kəskin qroteskii obrazların ifasında məsxərə və məzhəkə teatr poetikasının elementlərindən istifadə edərdi. Qroteskdə də, sarkazında da, açıq satirada da, karnavalvari yumorda da heç vaxt ölçü əndazəsini itirməz, oyunu özünəməxsus emosional cazibəsində, saf gülüş təravətində qalardı. Oynadığı rolun daxili mənəviyyatını, insani xüsusiyyətlərinin mahiyyətini tipik hərəkət vasitələrində tamaşaçılara çatdırardı. Sadə, ilk baxışda nəzərə çarpmayan, daha doğrusu maraq doğurmayan ştrixlərdən, detallardan elə yerli-yerində, elə məharətlə istifadə edirdi ki, onsuz həmin rolu təsəvvürə gətirmək Ardı »

AktyorlarRza Əfqanlı

Teatr və kino aktyoru.
[redaktə]
Həyatı

Romantik aktyor məktəbinin nümayəndəsi, ciddi və xeyirxah, saf qəlbli və sadə həyat tərzli obrazların ifasında ən uğurlu nailiyyətlər qazanan aktyorlardan öndə duranların biri də Azərbaycan Respublikasının xalq artisti Rza Əfqanlıdır. İfa etdiyi əsərin orijinal və ya tərcümə olmasından, xüsusən ona tapşırılmış rolun böyük, ya kiçikliyindən asılı olmayaraq, aktyor həmişə ilk növbədə bitkin və xarakterik səhnə obrazı yaratınağa çalışıb. Rza Rüstəm oğlu Cəfərzadə (Rza Əfqanlı) 1899-cu il mayın 15-də İran Azərbaycanının Sərab şəhərində doğulub. İki yaşında olarkən atası Rüstəm kişi vəfat edib. Rza doqquz yaşından varlıların qapılarında nökərçilik etməyə, quzu otarmağa məcbur olub. Ailəsini dolandırmaq məqsədilə 1912-ci ilin yazında Ardı »

AktyorlarRüfət Mehdiyev

Mehdiyev Rüfət Sabir oğlu — müğənni və aktyor.Mündəricat [gizlə]
1 Həyatı
2 Filmoqrafiya
3 İstinadlar
4 Həmçinin bax

[redaktə]
Həyatı

Rüfət Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində (1976-1986), Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb (1986-1992). 1989-cu ildən musiqi ilə məşğul olub. 1992-ci ildən müğənnilik edib. Space Televiziyasında hazırlanmış "Qış nağılı" (2004) və "Baharın nağılı" (2008) film-verilişlərində çəkilib.

1 fevral 2011-ci il tarixində insultdan dünyasını dəyişib. Nizami rayon qəbiristanlığında dəfn edilib.[1] [2]
[redaktə]
Filmoqrafiya
Qış nağılı. I film (film, 2002)
"Moskva-Bakı" qatarı (film, 2005)
Dünən qəfildən gəldi (film, 2009)
Ardı »

AktyorlarMənsum İbrahimov

[color=#fe5e5e]Mənsum İbrahimov - xanənədə, aktyor, kino məsləhətçisi, Əməkdar Artist (1998), Xalq Artisti (2005)
[redaktə]
Həyatı

Mənsum İbrahimov 1960-cı il sentyabrın 10-da Azərbaycan Respublikasının Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olub.

1982-1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəni Maarif" fakültəsində təhsil almışdır.

1985-ci ildə Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə I dərəcəli diploma layiq görülən M.İbrahimov mərhum sənətkarımız Şövkət Ələkbərovanın məsləhəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunub.

1993-cü ildən "Leyli və Məcnun" operasında Məcnun rolunu ifa edir.

Milli opera tamaşalarında ikinci dərəcəli rollarla səhnəyə qədəm qoyan Mənsum İbrahimov hazırda əksər tamaşalarda Ardı »

AktyorlarStanislav Çekan

Stanislav Yulianoviç Çekan (rus. Станислав Юлианович Чекан) — rus teatr və kino aktyoru.
[redaktə]
Həyatı

Stanislav Çekan 1922-ci ildə anadan olmuşdur. 1938-1941-ci illərdə Yuri Zavadskinin teatr məktəbində oxumuşdur.

1941-1945-ci illərdə cəbhə teatrlarının aktyoru kimi çalışmışdır. 1945-ci ildə Stanislav Çekan Sovet ordusunun Odessa teatrının aktyoru olur. Daha sonra 1948-1956-cı illərdə Sovet Ordusunun Moskvada yerləşən Mərkəzi Akademik teatrında, 1958-1993-cü illərdə isə Kinoaktyor teatr-studiyasında işləmişdir.

Stanislav Çekan koloritli xarakterik, eləcə də komik obrazların mahir ifaçılarından biridir. Onun oğlu Sergey Çekan filmlərin dublyajı sahəsində çalışmışdır.

Stanislav Yulianoviç Çekan 1994-cü ildə vəfat etmişdir.
[redaktə]
Filmoqrafiya
Brilyant əl (film, 1968)
Peterburqdan anonim adam (film, 1977)
Ardı »

AktyorlarSerqo Zakariadze

Serqo Aleksandroviç Zakariadze (gürc. სერგო ზაქარიაძე) — Sovet və gürcü aktyoru, SSRİ xalq artisti (1958).
[redaktə]
Həyatı

Serqo Zakariadze 1 iyul 1909-cu ildə Bakıda anadan olmuşdur.

Tbilisi Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1926-cı ildə yardımçı heyətin əməkdaşı kimi Rustaveli adına teatra daxil olur.

1928-1930-cu illərdə Kutaisidə K.A. Mərcanişvilinin təşkil etdiyi teatrın aktyoru olur. 1930-cu ildə teatr kollektivi ilə birlikdə Tiflisə köçmüşdür. 1956-cı ildə isə o, yenə də Rustaveli adına teatra qayıdır.

1955-1960-cı illərdə Gürcüstan teatr institutunda səhnə danışığı mövzusunda pedaqoji iş aparmışdır.

Serqo Zakariadze yaradıcılığında öz fikirlərini inadla və cəsarətlə həyata keçirirdi. O, öz qəhrəmanlarının xarakter cizgilərini məharətlə tapırdı. Onun ifasında həm dramatik, həm xarakterik, həm də komik Ardı »