Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Erməni tarixşünaslığında revizionist nəzəriyyəAzərbaycan xalqı və erməni tarixçilərinin fantaziyası

Erməni tarixçiləri bildirirlər ki, guya Azərbaycanın və bir millət kimi azərbaycanlıların yaranmasından bir əsrdən az vaxt keçmişdir və XX əsrin əvvəlinə qədər bu ərazidə olub-keçənlərin onlara heç bir aidiyyəti yoxdur. Görünür, bu cür sərsəm bəyanatların müəllifləri adi bir məsələ üzərində fikirləşməmişlər: bürokratik direktiv-məmur etnogenezi ilə adi insan biologiyası arasında nə əlaqə var? Əgər çoxəsrlik tarixə malik olan bir xalqın adını dəyişməyi qərara almış partiya rəhbərinin öz kabinetində bircə dəfə "qələm çalması" əsasında millət yaradıla bilərsə, bu o deməkdirmi ki, "yeni yaradılmış" xalqın ilk nümayəndələrinin nə ataları, nə babaları, nə də ulu babaları olmuşdur və onlar hamısı sınaq şüşəsində klonlaşdırılmışdır?

Bu gün Azərbaycanda Ardı »

Erməni tarixşünaslığında revizionist nəzəriyyəErməni tarixşünaslığında revizionist nəzəriyyə

Erməni tarixşünaslığında revizionist nəzəriyyə — Ermənistanı tarixin saxtalaşdırılması məsələləri üzrə dəyişməz dünya çempionu adlandırmaq olar. Öz tarixlərini "qədimləşdirməyə" və hər vasitə ilə öz xalqını qonşuların ermənilərin xoşuna gələn ərazilərinə "bağlamağa" çalışan erməni müəlliflər bəzən özləri də bilmədən gülünc nəticələr çıxarırlar. Ardı »

Erməni tarixşünaslığında revizionist nəzəriyyəXristian dinini qəbul etməsi mifi

Erməni tarixçiləri Ermənistanın 301-ci ildə xristianlığı dövlət dini kimi dünyada birinci olaraq qəbul etmiş ölkə olması barədə mif yaratmışlar və onu inadla təbliğ edirlər, hərçənd elmə çoxdan məlumdur ki, hələ II əsrin axırlarında, yəni ermənilərdən bir əsrdən də çox əvvəl ərəmeydilli Edessa çarlığında (Osroyenada) xristianlıq rəsmi din olmuşdur. 165-ci ildə Edessa çarı Abqar bar Manu (V Abqar və ya VIII Manu) xristianlığı qəbul etmişdir, onu buna inandıran fələstinli missioner Müqəddəs Fadey (Adday) olmuşdur, çar taxt-tacında onun varisi VIII Abqar isə xristianlığı Osroyenanın dövlət dininə çevirmişdir (bəzi mənbələrdə göstərilir ki, bunu xristian poeziyasının təməlini qoymuş IX Abqar etmişdir).

Alman tarixçi və ilahiyyatçısı Ardı »

Erməni tarixşünaslığında revizionist nəzəriyyəStrabon ermənilər haqqında

Strabon ermənilərin özgə torpaqlarını ələ keçirmək meylini hələ o vaxt görmüş və öz kitabında yazmışdır: "Əvvəllər kiçik bir ölkə olmuş Ermənistan Artaksiya və Zariadriya müharibələri nəticəsində böyümüşdür. Onlar əvvəlcə Böyük Antioxun sərkərdələri olmuş, o məğlub olandan sonra isə çar olmuşdular (bunlardan birincisi Sofena, Akisena, Odomantida və bəzi başqa vilayətlərin çarı, sonuncusu isə Artaksata ətrafındakı ölkənin çarı olmuşdur); onlar ətrafdakı xalqların vilayətlərinin bir hissəsini qopararaq öz ərazilərini birlikdə genişləndirmişlər; onlar midiyalılardan Kaspiana, Favnitida və Basoropedanı, iberlərdən dağətəyi Pariadra, Xorzen və Kür çayının o tayında yerləşən Qoqarenanı; həliblərdən və mosineklərdən Karenitida və Kiçik Ermənistanla həmsərhəd və onun bir hissəsi olan Kserksenanı; kataonlardan Akilisenanı Ardı »

Erməni tarixşünaslığında revizionist nəzəriyyəHay dili bir xalqın dili deyildir

linqvistikada qəbul edilmiş qaydaya əsasən, hay dili yüz seçim əlamətinə görə 11 qrupa və 44 dialektə bölünür . Dilçi mütəxəssislərin fikrincə, xalqın bu qədər çoxsaylı dil və dialekt şaxələrinin olması bunu deməyə əsas verir ki, hay dili bir xalqın dili deyildir. Bu, Ermənistan ərazisində qədim məzarlıqlarda tapılmış kəllələrlə də təsdiqlənir. Həmin kəllələrin baş göstəriciləri müasir ermənilərin baş göstəricilərindən kəskin fərqlənir

Ermənilərin 16 antropoloji tipə bölünməsi tədqiqatçıları heyrətləndirir. Bir xalqın bu qədər antropoloji fərqləri ola bilməz. Belə çıxır ki, haylar və ermənilər arasında əlaqə məsələsini cəsarətlə şübhə altına almaq olar. Ardı »

Erməni tarixşünaslığında revizionist nəzəriyyəCənubi Qafqaz xalqları və ermənilər

Başqa bir məsələ barədə də fikirləşmək pis olmazdı. Ermənilər antropoloji baxımdan praktiki olaraq yeganə xalqdır ki, onlar Cənubi Qafqaz xalqları üçün xarakterik olan antropoloji tipə uyğun gəlmirlər. Aparılmış antropoloji tədqiqatlara əsasən deyə bilərik ki, tarixi Azərbaycanın qərb hissəsinin əhalisi bütün dövrlərdə (eneolitdən başlamış müasir dövrə qədər) Azərbaycanın qalan hissəsinin əhalisinə oxşar olmuşdur. Müasir Ermənistan ərazisində ermənilərlə bağlı aşkar edilmiş ən qədim antropoloji tapıntılar yalnız XVII əsrə aiddir və yalnız Kenaker nekropolunda aşkar edilmiş tapıntılarla təsdiqlənir. Onlar bir sıra əlamətlərə (kəllə qutusunun forması, üz skeletinin quruluşu və s.) əvvəlki paleoantropoloji seriyalardan əsaslı şəkildə fərqlənir və yeni etnik komponentdirlər.

Ermənilərin diş-çənə sisteminin təhlili də Ardı »

Erməni tarixşünaslığında revizionist nəzəriyyə"Ermənilərin tarixi saxtalaşdırmaq" laboratoriyalarının fəaliyyəti

Əvvəllər Azərbaycana (məhz Azərbaycana!) məxsus olmuş İrəvan xanlığının ərazisində yüzlərlə toponimin sovet dövründə vaxtilə həmin torpaqlarda yaşamış Azərbaycan türklərinin izlərini məhv etmək məqsədilə adları dəyişdirilərək onlara erməni adları qoyulmuşdur. Bizim dildə mənası olan bu toponimlərin erməni dilində heç bir mənası yoxdur. Bu toponimlər haraya yox olmuşdur? Şübhə yoxdur ki, elə həmin tarixi saxtalaşdırmaq laboratoriyaları bu suala cavab axtararkən Basarkeçər (Vardenis), Qaranlıq (Martuni), Hamamlı (Spitak), Cəlaloğlu (Stepanavan), Qarakilsə (Sisyan), Qarakilsə (Vanadzor), Keşişkənd (Yexeqnadzor), Uluxanlı və ya Zəngibasar (Masis), İstibulaq və ya Karvansara (İcevan), Dəvəli (Ararat qəsəbəsi), Gözlü Kəmərli (Metsamor), Üçmüədzin (Eçmiədzin), Alagöz (Araqats), Göyçə (Sevan), Arpaçay (Axuryan) və yüzlərlə başqa keçmiş Azərbaycan Ardı »

Erməni tarixşünaslığında revizionist nəzəriyyəArsax toponimi barədə

Arsax toponiminə gəldikdə isə, onun erməni dilinə və Ermənistanın erkən tarixinə heç bir aidiyyəti yoxdur. Ermənistan prezidenti Serj Sarkisyanın Gorusda səsləndirdiyi tezis savadsızlıq dərəcəsinə görə adamı mat qoyur: "Bu yerin erməni adı – Arsax miladdan əvvəl VIII əsrdə təsdiqlənmişdir və bunu Yerevanın təməlini qoymuş I Arqiştinin oğlu II Sarduri təsdiq etmişdir".

Əvvələn, I Arqişti və II Sarduri hay çarları deyil, Urartu çarları olmuşdur. Urartu və hay xalqları müxtəlif xalqlar olmuş və müxtəlif dil ailələrinə aid olan müxtəlif dillərdə danışmışlar. Görünür, Sarkisyan "yeri gəlmişkən" təkcə albanların deyil, həm də urartuluların mədəni-tarixi irsinə tamah salmışdır. İkincisi, bu ad nə münasibətlə birdən-birə erməni adı oldu? Ardı »