beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cənubi Qafqaz xalqları və ermənilər

Başqa bir məsələ barədə də fikirləşmək pis olmazdı. Ermənilər antropoloji baxımdan praktiki olaraq yeganə xalqdır ki, onlar Cənubi Qafqaz xalqları üçün xarakterik olan antropoloji tipə uyğun gəlmirlər. Aparılmış antropoloji tədqiqatlara əsasən deyə bilərik ki, tarixi Azərbaycanın qərb hissəsinin əhalisi bütün dövrlərdə (eneolitdən başlamış müasir dövrə qədər) Azərbaycanın qalan hissəsinin əhalisinə oxşar olmuşdur. Müasir Ermənistan ərazisində ermənilərlə bağlı aşkar edilmiş ən qədim antropoloji tapıntılar yalnız XVII əsrə aiddir və yalnız Kenaker nekropolunda aşkar edilmiş tapıntılarla təsdiqlənir. Onlar bir sıra əlamətlərə (kəllə qutusunun forması, üz skeletinin quruluşu və s.) əvvəlki paleoantropoloji seriyalardan əsaslı şəkildə fərqlənir və yeni etnik komponentdirlər.

Ermənilərin diş-çənə sisteminin təhlili də onların Dağlıq Qarabağ zonasında aborigenlər olmamasına dəlalət edir

"Arsax" toponimi də "erməni" toponimi olmuş və əlüstü "Vararakn" adlı "erməni məskəni" uydurulmuşdur. Heç bir mənbədə "Vararakn" deyilən məskən adı çəkilmir. Əlbəttə, əgər ermənilərin tarixi saxtalaşdırmaq laboratoriyalarında belə bir şey uydurmağa və əsası Qarabağ xanları tərəfindən qoyulmuş Xankəndinin yerləşdiyi əraziyə bağlamağa hələ macal tapmayıblarsa.

Berdzor, karvaçar, kaşataq və bir sıra başqa uydurma "qədim erməni" adları kimi, bu "vararakn" da erməni təbliğatının faydasız icadıdır. Məsələn, onlar Azərbaycanın işğal edilmiş Ağdam rayonunda qanunsuz arxeoloji qazıntılar zamanı aşkar edilmiş tikilinin bünövrəsinin ətrafındakı yeri özbaşına, ciddi elmi faktlara əsaslanmadan "Tiqranakert" adlandırmağı qərara almışlar. Sual edilir: nə üçün başqa ad deyil, məhz "Tiqranakert" və nə üçün başqa yerdə deyil, məhz bu yerdə? Təkcə ona görəmi ki, bu yer ermənilərin xoşuna gəlmişdir və tarixi saxtalaşdırmaq laboratoriyasının ilhaqçı planlarının həyata keçirilməsinə kömək etmək üçün adətləri üzrə saxta şəhadətlərə və salnamələrə istinad edir və indi özləri də alimnüma görkəmlə bu mənbələrə istinad edirlər.

Əsasən türk əhalisinin yaşadığı Cənubi Qafqaza köçənədək haylar Van gölü ətrafında yaşayırdılar. Elə buraya da onlar Balkanlardan köçüb gəlmişdilər. Qədim yunan tarixçisi Herodot yazırdı ki, ermənilərin əcdadları Frigiya torpaqlarından köçürülmüşlər .

Bu faktı erməni alimləri özləri də etiraf edirlər. "Erməni xalqının tarixi" kitabının redaktoru M.Q.Nersisyan yazır: "Dəniz xalqları"nın məşhur böyük köçürülmə dövründə (eramızdan əvvəl XIII-XII əsrlər) ermənilər Balkanlardan onlara qohum olan frakiya-frigiya tayfaları ilə birlikdə Kiçik Asiyaya gəlmişlər"

A.Pastrmaçyan da bununla razıdır. O hesab edir ki, hind-Avropa mənşəli frigiya tayfalarından biri kimi ermənilərin Balkanlardan Kiçik Asiyaya köçməsi elm aləmində qəbul olunmuş faktdır [20]. Doğrudur, onun fikrincə, bu, 6 əsr gec – eramızdan əvvəl VII-VI əsrlərdə baş vermişdir. Bunu tədqiqatçıların əksəriyyəti etiraf edir.

Görkəmli rus şərqşünası İ.M.Dyakonov yazırdı ki, "erkən erməni dilinin daşıyıcıları Erməni Yaylasına əkinçiliklə məşğul olan köçəri maldarlar kimi gəlmişdilər. Onlar sinifli cəmiyyətdən xəbərsiz idilər, Yaylanın təbiəti və erkən sinifli cəmiyyətin sosial şərtləri ilə o zaman hələ erməni dilinə keçməmiş avtoxtonlardan tanış olurdular


Tarix: 08.01.2015 / 01:01 Müəllif: Feriska Baxılıb: 27 Bölmə: Erməni tarixşünaslığında revizionist nəzəriyyə