Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

ÜmumiMannada Arxeoloji tədqiqatlar

Cənubi Azərbaycan ərazisində arxeoloji qazıntılar son vaxtlaradək çox məhdud miqyasda aparılırdı. Tapıntıları əsasən tunc dövrünə və dəmir dövrünün başlanğıcına aid olan Astara çayı boyunca İran Talışına ekspedisiyadan sonra, 1940 – cı ildə E. F. Şmidt qədim yaşayış məskənləri qalıqlarının təyyarədən foto-şəkillərini çəkmişdir.

1936-cı ildə A. Steyn Cənubi Azərbaycanın Cənub əyalətlərində arxeoloji kəşfiyyat işi, sonralar 1940-cı ildə isə İran arxeoloji idarəsi burada bir sıra qazıntılar aparmışdır; lakin bu qazıntılar elə bir əhəmiyyətli nəticələr vermədi. Əgər, bilavasitə mannalılara və onların qonşularına aid əsaslı arxeoloji qazıntılar olmasa idi, təbiidir ki, onların cəmiyyətinin iqtisadi və mədəni xüsusiyyətlərini də işıqlandırmaq mümkün olmazdı. Bu boşluğu məhz Manna ərazisində Ardı »

Ümumiİsa xan

İsa xan Ləvənd (Levon) oğlu Gürcü (?- 1580) — Şəki hakimi.

Həyatı[redaktə]
İsa xan Ləvənd (Levon) oğlu Kaxetiyada doğulmuşdu. Atası Levon (1520-1574) Kaxetiyanı idarə edirdi. İsa xan İslamı qəbul etmişdi. Səfəvilərlə qohum olmuşdu. Sam mirzənin kürəkəni idi. 1574-cü ildə Sultan Məhəmməd Xudabəndə tərəfinən Şəki hakimi təyin edildi.

İskəndər bəy Münşi yazır: "Hər ikisi Ələmut qalasında məhbus olan və İsmayıl mirzə tərəfindən azad edilən Ləvənd xanın oğlu İsa xan Gürcü və Luvarsabın oğlu Hümayun xana mərhəmət olundu, cənnətməkan şahın qardaşı Sam mirzənin qızını İsa xana verdilər və onu Şəki əyalətinə göndərdilər. Hümayun xan İslamı qəbul edərək "Sultan Mahmud" xan adlandırıldı və o da "Üxüvvət" ("Qardaş") Ardı »

ÜmumiKolagirən qalası

Göyçə mahalının Aşağı Qaranlıq (09.09.1930-dan Martuni) rayonunun Kolagirən (03.01.1935-dən Tsavinar) kəndi kənarında e.ə.VIII yüzilin ikinci yarısına aid qədim türk qalasıdır. Göyçə gölünün sahilində təpə üstündə yerləşən bu qala həmin bölgədə Urartu çarı Sardurinin oğlu Russanın tikdirdiyi iki qədim qaladan biridir (digəri Göyçə mahalının Kəvər rayonundadır). Qalanın xarabalıqlarının yerində qaya üstündə mixi yazılar aşkar edilib. İri qaya daşlarından hörülmüş divar və künc qüllələrinin qalıqları qalmaqdadır. Ərazidən çoxlu gil qablar, daş, sümük, metaldan bəzək əşyaları və s. tapılıb. Kolagirən ərazisinə ilk ermənilər (23 təsərrüfatda 151 nəfər) 1830-cu ildə Türkiyədən köçürülmüşdür. Ardı »

ÜmumiDeyton sazişi

Deyton sazişi — keçmiş Yuqoslaviya ərazisində 1991-1995-ci illər arası Bosniyada vətəndaş müharibəsi, həmçinin Xorvatiya müharibəsinə son qoyan sazişdir. ABŞ-ın Deyton şəhərində 1995-ci ilin noyabrında razılaşdırıldıqdan sonra 14 dekabr 1995-ci ildə Parisdə bosniyalıların lideri Aliya İzzetbeqoviç, Serbiyanın prezidenti Slobodan Miloşeviç və Xorvatiyanın rəhbəri Franyo Tudcman tərəfindən imzalanmışdır.
ABŞ-ın təsiri[redaktə]
Sülh danışıqları ABŞ-ın aktiv iştirakı ilə keçirdi. Bəzi mənbələrin iddiasına görə ABŞ keçmiş Yuqoslaviya ərazisində olan münqaişələrdə adətən anti-serb mövqeyindən çıxış edirdi. ABŞ bosniya-xorvat federasiyasının yaradılmasını təklif edirdi. Elə ABŞ-ın təqidi ildə 1994-cü ilin martında, Vaşinqton və Vyanada Bosniya və Herseqovina Respublikasının baş naziri Haris Silaydic, Xorvatiyanın xarici işlər naziri Mate Qraniç və Herseq-Bosnanın prezidenti Ardı »

ÜmumiNeolit dövrü

Neolit Azərbaycanda er.əv. 7ci minilliyə təsadüf edərək Qobustanın və Həsənlutəpə (Cənubi Azərbaycan) arxeoloji materialları timsalında tədqiq edilmişdir. Bu dövrdən ibtidai insanlarda istehsal xarakterli təsərrüfat formalaşır, arxaik (primitiv) saxsı məmulatının hazırlanması başlanır. Ardı »

ÜmumiMahal Qacar

Həyatı[redaktə]
Mahal İbrahimxəlil oğlu 12 sentyabr 1938-ci ildə Gürcüstanın Tetriskaro (Ağbulaq) rayonunun Kosalar kəndində ahadan olmuş, ilk təhsilini kəndin səkkizillik məktəbində aldıqdan sonra 1955-1959-cu illərdə Marneuli şəhərində Pedaqoji Məktəbində davam etdirmişdir. Əmək fəaliyyətinə doğma kənd məktəbində başlamışdır.

1959-1962-ci illərdə əskəri xidmətə olmuşdur. Sonra doğma kəndində müəllimlik fəaliyyətinə qayıtmışdır. 1963-1967-ci illərdə N.İ.Lobaçevski adına Qorki (Nijni-Novqorod) Dövlət Universitetinin tarix fakültəsini bitirərək tarixçi ixtisasına yiyələnmişdir. Universiteti bitirdikdən sonra yenidən doğma kəndlərinə dönərək 1973-cü ilin oktyabr ayina qədər orada tarıx fənnini tədris etmişdir.

1973-cü il oktyabr ayının 1-dən M.F.Axundov adına APRDƏİ tarix kafedrasında laborant, kabinet müdiri, müəllim, baş müəllim vəzifələrində çalışmışdır. O, İnstitutda pedaqoji fəaliyyətlə yanaşı tarix elmi Ardı »

ÜmumiƏmir əl-üməra

Əmir əl-üməra -yəni "əmirlər əmiri". Marşal hərbi rütbəsinə bərabər idi.

İlk Səfəvilər dövründə nizami ordu yox idi və qoşunlar müharibə baş verdiyi təqdirdə qızılbaş tayfaları əmirlərinin qeyri-nizami hərbi qüvvələrindən təşkil edilirdi. Əmir əl-üməra mahiyyətcə Səfəvi ordusunun baş komandanı idi. Hərbi iş bütünlüklə Azərbaycan feodallarının əlində olduğuna görə, əmir əl-üməra vəzifəsi təbii olaraq qızılbaş tayfa əyanlarının inhisarında olan imtiyaz sayılırdı. Bu vəzifəni tutanlar arasında, eyni vaxtda həm də vəkil olmuş Hüseyn bəy Şamlını, 1509-1523-cü illərdə əmir əl-üməra olmuş Məhəmməd bəy Süfrəçi Ustaclını (Çayan Sultanı), onun oğlu Bəyazid sultanı göstərmək olar. Div sultan Rumlu, Çuxa sultan Təkəli və Hüseyn xan Şamlı bir-birinin ardınca vəkil Ardı »

ÜmumiSayınqala mahalı

Urmiya vilayətinin inzibati bölgələrindən biri də Sayınqala mahalı idi. Hazırda Şahindej adlanır. Tarixi кitablarda mahal haqqında yazılır: «Marağanın cənub-şərqində yеrləşən bu mahal şimaldan Əcirli, Çahardоl mahalları, cənubdan Saqqız mahalı, şərqdən Tiкab mahalı, qərbdən Bокan mahalı ilə həmsərhəddir. Əhali əsasən maldarlıqla məşğul idi. Mahal оnun qərb sərhəddindəкi Cığatu çayının Sarıq qоlu və burada mövcud оlan çеşmələrin suyu ilə təmin еdilirdi. XVIII, XIX yüzillərdə Sayınqaladan başqa yеrlərə gеdən yоllar (Miyandab və Tiкab yоllarını istisna еtməкlə) yararsız idi. Nisbətən əlvеrişli оlan Miyandab və Tiкab yоlları da yağışlı və qarlı günlərdə кеçilməz оlurdu. Mahalın cənub-qərbində Кirifli (Кərəftu adlanır) dağı uzanır. Оrada bir sıra mağaralar vardır. Ardı »