Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÜmumiAfşin

Əfşin Xıdr ibn-Kavus, Afşin Heydər Kavus oğlu (... – 841; ingiliscə: Afshin Haydar bin Kavus) – Abbasi Ərəb xilafətinin bəzi mənbələrə görə iranlı, bəzi mənbələrə görə isə türk mənşəli sərkərdəsi, İsrövşənə şahzadəsi. Tarixçi Yəqubiyə əsasən, xəlifə əl-Məhdinin zamanında (775-85) Afşinin adı Transoksiana və Orta Asya çöllərində xilafətə xidmət edən yerli türk- və iran-əsilli sərkərdələrin arasında verilir Risalə fi mənakib əl-ətrak va'ammat cunud əl -xilafə traktatının bir yerində Cahiz türkləri və xorasanlıları, mahiyətinə görə, eyni xalq hesab edir, eyni xassiyətlərə malikdirlər və bitişik yerlərdə yaşayırlar.

V.V.Bartoldun dediyinə görə, ərəblərin Orta Asiyada son böyük hərbi əməliyyatı, hicri 208 (miladi 822/23)-ci ildə Usruşanaya edilən səfər Ardı »

ÜmumiHökumət üzvüləri

1) Baş nazir-Seyid Cəfər Pişəvəri;
2) Daxili İşlər naziri-Salamulla Cavid;
3) Xalq qoşunları naziri-Cəfər Kavian;
4) Kənd təsərrüfatı naziri-doktor Mehtaş;
5) Maarif naziri-Məhəmməd Biriya;
6) Səhiyyə naziri- doktor Urəngi;
7) Maliyyə naziri- Qulamrza İlhami;
8) Ədliyyə naziri-Yusif Əzima;
9) Poçt-teleqraf naziri-Mirzə Rəbi Kəbiri;
10) Ticarət və İqtisad naziri-Rza Rəsuli;
11) Ali Məhkəmənin sədri-Zeynalabdin Qiyami;
12) Baş prokuror-Firudin İbrahimi. Ardı »

ÜmumiVasak İşxanik

Vasak İşxanik - Sünik knyazı. 850 – ci illərdə erməni knyazlarla birgə ərəb sərkərdəsi Buğa tərəfindən əsir alınmışdı. Əsirlikdə olduğu dövrdə taxtda onu Sünik sülaləsindən olan Geqarqunik knyazı Vasak Qabur əvəz etmişdir. Əsirlikdən qayıtdıqdan sonra yenidən Sünik taxtına sahib olan Vasak Baqratuni sülaləsinin idarə etdiyi Ani çarlığından vassal asılılığını qəbul etmişdir. Xristian birliyini parçalamağa çalışan Ərəb Xilafəti Qafqazın xristian vilayət hakimlərinin müstəqillik cəhdlərini dəstəkləsə də Vasak “varisləri tərəfindən üsyançı kimi tanınmaq istəmədi” və “Ani çarlığına bağlılığını qorudu". Ölümündən sonra taxtda qardaşı Aşot Süni onu əvəz etmişdi.. Hovannes Drasxanakerçi yazır:

“...İncə qəlbli və xalqın sevimlisi, bütün ömrü boyu Tanrıya yaxın olan xeyirxahlıq Ardı »

ÜmumiSumqayıt hadisələri (1963)

Sumqayıt hadisələri — 1963-cü ilin noyabrında Sumqayıt şəhərində baş vermiş hadisələr.

1963-cü il noyabrın 7-də keçirilən nümayiş zamanı bir qrup fəhlə əsas dəstədən ayrılaraq tribunaya sarı getmiş, Nikita Xruşşovun böyük portretini qopararaq ayaqlar altına atmışdılar. 600-800 nəfərə qədər adam 3 gün ərzində Sumqayıtı bir-birinə qatmışdı.

Tom De Vallın "Qara bağ" kitabının rus dilindəki nəşrində bu hadisəyə qismən aydınlıq gətirilib. Müəllif yazır: "1963-cü ildə-Xruşşovun hakimiyyəti illərində Sumqayıtda ciddi çaxnaşma baş verdi. 1963-ci il noyabr ayının yeddisində Oktyabr inqilabının növbəti ildönümünə həsr edilmiş nümayişdə Boru Prokat Zavodunun bir qrup fəhləsi əsas dəstələrdən ayrılaraq şəhər rəhbərliyinin dayandığı tribunaya üz tuturlar və mədəniyyət evinin fasadından Xruşşovun böyük Ardı »

ÜmumiÇalxanqala (qala)

Ümumi məlumat[redaktə]
Çalxanqala - Naxçıvan şəhərindən 22 km şimal – qərbdə, təbii cəhətdən əlverişli mövqedə yerləşən Tunc dövrünə aid qala.

Qala Paiz kəndi yaxınlığında, Cəhriçayın sağ sahilində, hündür təpə üstündədir. İri qaya daşlarından bərkidici məhlul işlədilmədən hörülmüşdür. Qalaya təkcə cənub tərəfdən giriş yolu vardır. Tunc dövrü siklop tikililərinin ən yaxşı qorunmuş nümunlərindən olan Çalxanqalanın dövrümüzədək gəlib çatmış divarlarının uzunluğu 450 m, hündürlüyü 2,5 – 3 m, eni 2,7 – 3 m – dir.

Çalxanqalanın Naxçıvan ərazisində e.ə. II minillikdə təşəkkül tapmış iri tayfa ittifaqının əsas müdafiə qalası olduğu güman edilir.

Tədqiqi[redaktə]
Çalxanqala ərazisində arxeoloji tədqiqatlar 1978 – ci ildə Naxçıvan arxeoloji ekspedisiyası tərəfindən aparılmışdır. Tədqiqatlar Ardı »

ÜmumiQalaboynu qalası

Qala Kəlbəcər rayonu ərazisində yerləşir. Böyük bir sahəni əhatə edən qala həm də strateji yaşayış məntəqəsi olmuşdur. Qalanın içində 200-dən çox binanın kalafa yerləri var. Uluxan qalasında olduğu kimi bu qalaya da gizli sualtı yol çəkilib Ardı »

ÜmumiYelizavetpol quberniyası - İqlimi

Yelizavetpol quberniyasının iqlimi olduqca müxtəlifdir. Meşə zonasının hüdudlarından yuxarıya uzanan dağlıq ərazilər ilin demək olar ki, üç rübü qarlarla örtülü olur və orada tamamilə əhali yaşamır. Yay aylarında burada atmosfer və torpaq rütubətinin bolluğu zamanı, burada ot bitkisinin inkişafı köçərilərin buraya öz heyvanlarını otarmaq üçün gəlməsinə səbəb olur. Onlar burada avqustun sonuna qədər qalırlar. Dağ yaylalarından aşağıda, meşələrin yerləşdiyi zolaqda, iqlim hərçənd hələ sərt olmasına baxmayaraq, dənli bitkilərin (qarğıdalı və düyüdən başqa) becərilməsi ilə məşğul olmağa icazə verir; qışlar burada bol qarlı və kifayət qədər sərtdir, yay aylarında isə yağıntılı keçir, bəzən əkinlərə güclü ziyan vuran sıx dolu yağır. Dağ ətəklərində, Ardı »

ÜmumiWhen the Music Dies

When the Music Dies (azərb. Musiqi öləndə) — 2012 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün seçilən Səbinə Babayevanın müsabiqədə ifa edəcəyi mahnı.

Mahnı qabaqcıl Avropa musiqi istiqamətləri və Azərbaycan ənənəvi musiqisinin müstəsna qarışığından yaranmışdır. Mahnının yazılmasında milli musiqi alətləri olan kamança, balaban, qaval və davuldan istifadə edilmişdir. Mahnıda həmçinin muğam elementlərini də eşitmək olar.

Mahnı üzərində Oqtay Şərifov, Sərxan Vahabov, Şirzad Fətəliyev, Yaşar Baxış və muğam ustası Alim Qasımov birlikdə işləmişlər. Ardı »