Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mobil yeniliklerMobil internetin sürəti 7 dəfə artacaq

2017-ci ilədək mobil internetin orta sürəti 7 dəfə artacaq və dünyada internetə çıxış imkanına malik 10 milyard mobil qurğu olacaq.

"RİA"nın məlumatına əsasən, bu barədə Sankt-Peterburq beynəlxalq iqtisadi forumunda “Cisco”-nun inkişaf etməkdə olan ölkələr üzrə baş vitse-prezidenti Dankan Mitçell deyib.

O həmçinin bildirib ki, 2017-ci ilədək mobil trafikin 50%-dən çoxu 4G şəbəkələrinin payına düşəcək. Ardı »

Mobil yenilikler"Samsung"-dan "Apple"-a "sülh mesajı"

"Samsung" şirkəti bundan sonra "Apple"-ni SEP (standards essential patent) patentlərindən qanunsuz istifadəyə görə ittiham etməyəcək.+
Şirkət Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və Hollandiyada yerləşən məhkəmələrdə qaldırdığı iddiaları geri götürmək niyyətindədir.

"Samsung"un bəyanatına əsasən, bu qərar istifadəçilərin marağı naminə qəbul edilib. Ekspertlərin qənaətinə görə isə şirkətin bu qərarına səbəb özünün SEP patentlərdən sui-istifadəsi ilə bağlı Avropa Komissiyasında aparılan araşdırmalardır. Ardı »

Mobil yenilikler6 yeni “BlackBerry” modeli təqdim olunacaq

Məşhur “BlackBerry” istehsalçısı olan "RİM" yanvarın 30-na planlaşdırılmış tədbirində yeni modellərini təqdim edəcək.
+
Şirkətin marketinq direktoru Frenk Bulben “Fierce Wireless” jurnalına verdiyi müsahibəsində bildirib ki, onlar 2013-cü il ərzində 6 “ağıllı” telefon modeli təqdim edəcək.

O, həmçinin vurğulayıb ki, “RIM” hər hansı operator üçün xüsusi modellər istehsal etməyəcək. Ardı »

Mobil yeniliklerMobil mesajlaşma proqramlarının reytinqi açıqlandı

«Whatsapp» onlayn ismarış xidməti mobil mesajlaşma sahəsində «Facebook»u üstələyib.
+
Dünyanın dörd bir yanından milyonlarla istifadəçinin ünsiyyət üçün bir nömrəli seçimi olan mobil mesajlaşma tətbiqləri arasındakı qlobal rəqabət sürətlə artır.
Hazırda bu tətbiqlərdən yalnız tanışlarla ünsiyyət qurmaq üçün deyil, iş əlaqələri qurmaq və davam etdirməkdən yeni dostlar tapmağa qədər çox fərqli məqsədlər üçün istifadə edilir.
Bu fərqliliklər son hesabatda «Facebook Messenger»in əvvəlki qədər rahat olmadığını göstərib. «OnDevice»in ABŞ, Braziliya, Cənubi Afrika, İndoneziya və Çində 3 min 759 adam arasında apardığı araşdırma sosial mesajlaşma sahəsində Whatsapp-ın qlobal lider olma yolunda sürətlə irəlilədiyini göstərir.
Araşdırmaya görə «Facebook Messenger»in lider olduğu tək ölkə ABŞ-dır. Whatsapp isə araşdırılan 5 bölgənin Ardı »

Mobil yenilikler"Nokia"-nın planşet istehsalı gündəmdə!

"Microsoft"un qarşıdan gələn il Windows Phone 8 əsaslı Surface Phone-u təqdim etməsi gözlənilir. Lakin bu model ekspertlər tərəfindən "Nokia"nın son zamanlar Lumia silsiləsi ilə əldə etdiyi inkişafa maneə olaraq dəyərləndirilir. "Nokia"nın bu "mübarizə"də atacağı addımlarla bağlı fərqli iddialar irəli sürülməkdədir. Bir sıra ekspertlər telekommunikasiya nəhənginin də ilk planşet modelini təqdim edəcəyini bildirirlər. Son günlər bu iddialar xeyli qüvvətlənsə də, şirkət tərəfindən mövzu ilə əlaqədar rəsmi açıqlama verilməyib.

Lakin şirkətə yaxın etibarlı mənbələrin məlumatına görə "Nokia"nın planşet istehsalı mövzusunda ciddi olduğu bildirilir.
+Hətta ilk "Nokia" planşetinin MWC 2013-də təqdim olunacağını söyləyənlər də var. ARM əsaslı Windows RT əməliyyat sistemini istifadə edəcək olan Nokia Ardı »

Mobil yenilikler"Samsung"un 2013-cü il hədəfi: 350 milyon

+
Telekom sektorunun etibarlı mənbələrinin məlumatlarına görə, "Samsung"un 2013-cü ildə dünya səviyyəsində yarım milyard mobil cihaz satışı reallaşdırması gözlənilir. Bunların 350 milyonunu ağıllı telefonlar təşkil edəcək.

Qaynaqlar bu məlumatın "Samsung"un şirkəti daxilində aparılan təxminlərə söykəndiyini iddia edir. Qlobal ağıllı telefon satışlarının gələn il 860 ilə 900 milyon arasında olacağını nəzərə alsaq Cənubi Koreya istehsalçısının 2013-cü il mobil telefon bazarının 40%-dən çox hissəsinə iddialı olduğunu görərik. Ardı »

Mobil yenilikler"Nokia" şirkətinin direktorunun müsahibəsi ilə bağlı anlaşılmamazlıq yarandı

“Nokia” şirkətinin direktoru bazar ertəsi İspaniyanın “El Pais” qəzetinə verdiyi müsahibəsində maraqlı açıqlamalarla çıxış edib.


Onun sözlərinə görə şirkət “Android” və ya “HTML5” əsasında qurğu istehsalını istisna etmir.

Şirkət rəsmisi gələcəkdə digər platformalardan istifadəni və əməkdaşlığı istisna etmədiklərini bildirsə də hazırda “Microsoft”la əməkdaşlıqdan razı olduqlarını qeyd edib.

“Nokia” şirkətinin mətbuat katibi Daq Douson bildirib ki, Stiven Elopun müsahibəsi düzgün tərcümə olunmayıb və nəticədə yanlış izaha səbəb olub. Onun sözlərinə görə, Stiven Elopa 2013-cü ildə şirkətin öz ticarət markası altında “Android” smartfon istehsalından 100 faizlik imtina edib-etməyəcəyi barədə sual verilib. Finlandiya şirkətinin məlumatına görə, düzgün tərcümə variantı belədir:

"Biz hazırkı ekosistem müharibəsində “Windows Phone” platforması Ardı »

Mobil yenilikler“Whatsapp”da yenilik

Mobil dünyanın ən populyar mesajlaşma proqramı olan “Whatsapp”a daha bir yenilik əlavə olunub. İstifadəçilər proqramda “son giriş tarixi” adlı funksiyanı bağlamaq fürsəti əldə edəcək.
+
Belə ki, bunun üçün telefonun parametrlər bölməsindəki “mesaj parametrlərinə” daxil olmaq lazımdır. Həmin bölmədəki “Advanced” yarımbaşlığanda “Last Seen Timestamp” funksiyası dedaktiv edilməklə “son giriş tarixi” adlı funksiyanı bağlanır.

Qeyd edək ki, bu funksiyanı dedaktiv edildikdən 24 saat sonra yenidən aktiv etmək mümkündür. Bununla yanaşı, bu funksiyadan istifadə etdiyiniz təqdirdə başqa istifadəçilərin də proqrama giriş vaxtını görmək imkanınız olmayacaq. Ancaq bu yenilik yalnız “iPhone” telefonları üçün nəzərdə tutulub. Hələlik “Android” və digər sistemlərdə bu Ardı »