Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Whatsapp”da yenilik

Mobil dünyanın ən populyar mesajlaşma proqramı olan “Whatsapp”a daha bir yenilik əlavə olunub. İstifadəçilər proqramda “son giriş tarixi” adlı funksiyanı bağlamaq fürsəti əldə edəcək.
+
Belə ki, bunun üçün telefonun parametrlər bölməsindəki “mesaj parametrlərinə” daxil olmaq lazımdır. Həmin bölmədəki “Advanced” yarımbaşlığanda “Last Seen Timestamp” funksiyası dedaktiv edilməklə “son giriş tarixi” adlı funksiyanı bağlanır.

Qeyd edək ki, bu funksiyanı dedaktiv edildikdən 24 saat sonra yenidən aktiv etmək mümkündür. Bununla yanaşı, bu funksiyadan istifadə etdiyiniz təqdirdə başqa istifadəçilərin də proqrama giriş vaxtını görmək imkanınız olmayacaq. Ancaq bu yenilik yalnız “iPhone” telefonları üçün nəzərdə tutulub. Hələlik “Android” və digər sistemlərdə bu yenilik bərpa edilməyib.


Tarix: 21.12.2013 / 13:01 Müəllif: ADMIN Baxılıb: 366 Bölmə: Mobil yenilikler
loading...