beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mobil mesajlaşma proqramlarının reytinqi açıqlandı

«Whatsapp» onlayn ismarış xidməti mobil mesajlaşma sahəsində «Facebook»u üstələyib.
+
Dünyanın dörd bir yanından milyonlarla istifadəçinin ünsiyyət üçün bir nömrəli seçimi olan mobil mesajlaşma tətbiqləri arasındakı qlobal rəqabət sürətlə artır.
Hazırda bu tətbiqlərdən yalnız tanışlarla ünsiyyət qurmaq üçün deyil, iş əlaqələri qurmaq və davam etdirməkdən yeni dostlar tapmağa qədər çox fərqli məqsədlər üçün istifadə edilir.
Bu fərqliliklər son hesabatda «Facebook Messenger»in əvvəlki qədər rahat olmadığını göstərib. «OnDevice»in ABŞ, Braziliya, Cənubi Afrika, İndoneziya və Çində 3 min 759 adam arasında apardığı araşdırma sosial mesajlaşma sahəsində Whatsapp-ın qlobal lider olma yolunda sürətlə irəlilədiyini göstərir.
Araşdırmaya görə «Facebook Messenger»in lider olduğu tək ölkə ABŞ-dır. Whatsapp isə araşdırılan 5 bölgənin 3-ündə ( Braziliya , İndoneziya və Cənubi Afrika ) liderdir.
Çində isə sosial mesajlaşma sahəsində WeChat hökmranlıq edir. Ümumilikdə isə Whatsapp həftədə ən az 1 dəfə istifadə edilən alternativləri arasında 44 % ilə birinci sıradadır. Ardından 35 % ilə Facebook, 28 % ilə WeChat gəlir. Sosial mesajlaşma vasitəsi olaraq istifadədə Twitter 19 %, BlackBerry Messenger 17 %, Skype isə 16 % səs toplayıb.


Tarix: 28.11.2013 / 16:46 Müəllif: ADMIN Baxılıb: 211 Bölmə: Mobil yenilikler