Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Nokia"-nın planşet istehsalı gündəmdə!

"Microsoft"un qarşıdan gələn il Windows Phone 8 əsaslı Surface Phone-u təqdim etməsi gözlənilir. Lakin bu model ekspertlər tərəfindən "Nokia"nın son zamanlar Lumia silsiləsi ilə əldə etdiyi inkişafa maneə olaraq dəyərləndirilir. "Nokia"nın bu "mübarizə"də atacağı addımlarla bağlı fərqli iddialar irəli sürülməkdədir. Bir sıra ekspertlər telekommunikasiya nəhənginin də ilk planşet modelini təqdim edəcəyini bildirirlər. Son günlər bu iddialar xeyli qüvvətlənsə də, şirkət tərəfindən mövzu ilə əlaqədar rəsmi açıqlama verilməyib.

Lakin şirkətə yaxın etibarlı mənbələrin məlumatına görə "Nokia"nın planşet istehsalı mövzusunda ciddi olduğu bildirilir.
+Hətta ilk "Nokia" planşetinin MWC 2013-də təqdim olunacağını söyləyənlər də var. ARM əsaslı Windows RT əməliyyat sistemini istifadə edəcək olan Nokia Tab ilkin məlumatlara görə 10 düym ölçüsündə olacaq. Windows 8-in təqdimatından bu yana böyük bir satış müvəffəqiyyətinin müşahidə edilmədiyi Windows RT bazarında, bəlkə Nokia Tab yeni bir nəfəs olar.


Tarix: 22.01.2013 / 15:28 Müəllif: [Ram] Baxılıb: 268 Bölmə: Mobil yenilikler
loading...