Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Məzuniyyətlər haqqında qanunVII f ə s i l

ƏMƏK MÜNASİBƏTLƏRİNƏ XİTAM VERİLƏRKƏN MƏZUNİYYƏT
HÜQUQUNUN TƏNZİMLƏNMƏSİ QAYDASI


Maddə 31. Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi
Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə əmək müqaviləsinə xitam verilərkən (təqsirli hərəkətlərinə görə işverənin təşəbbüsü ilə işdən çıxarılma halları istisna olmaqla), işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.
Əmək müqaviləsində (bağlaşmasında) başqa hal nəzərdə tutulmayıbsa, müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək münasibətlərinə xitam verilməsi hallarına da, bu qayda şamil edilə bilər. Bu zaman əmək müqaviləsinin (bağlaşmasının) müddəti məzuniyyət müddəti başa çatanadək uzadılmış hesab edilir.
İşçi bu maddədə nəzərdə tutulan hallarda Ardı »

Məzuniyyətlər haqqında qanunV f ə s i l

MƏZUNİYYƏT VAXTI ƏMƏK HAQQININ ÖDƏNİLMƏSİ

Maddə 26. Məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əmək haqqı növləri
Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə, sosial sığorta ayırmaları tutulan bütün əmək haqqı növləri, o cümlədən daxili əvəzçilik üzrə əmək haqqı nəzərə alınır.
Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və nəzərə alınmayan ödənişlərin geniş siyahısını, habelə zəruri hallarda məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırlayıb təsdiq edir.
Maddə 27. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi
Məzuniyyət vaxtı üçün ödənilən Ardı »

Məzuniyyətlər haqqında qanunAZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikası vətəndaşlarının konstitusiya hüququ olan istirahət hüququnun qanunvericiliklə təmin edilməsi məqsədi ilə bu Qanun işçilərin normal istirahəti, əmək qabiliyyətinin möhkəmləndirilməsi, sağlamlığının mühafizəsi və bərpası, uşaqlarının tərbiyəsi və fizioloji tələbatının təmin edilməsi, həmçinin vətəndaşların təhsil hüququnun həyata keçirilməsi üçün məzuniyyətlərdən istifadə hüququnu və qaydasını tənzimləyir.
Qanun Beynəlxalq Əmək Təşkilatının Konvensiyalarına uyğun olaraq, bütün növ Məzuniyyətlərin minimum müddətlərini müəyyən etməklə yanaşı, kollektiv müqavilələrin (sazişlərin) və ya əmək müqavilələrinin (bağlaşmalarının) şərtlərinə əsasən işverənlərə həmkarlar ittifaqları və ya əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi üçün işçilərin birləşdikləri digər nümayəndəli təşkilat (bundan sonra “həmkarlar ittifaqı” adlanacaq) ilə birlikdə işçilərin məzuniyyət hüquqlarını qanunvericilikdə nəzərdə tutulan. müddəalara nisbətən genişləndirmək Ardı »

Məzuniyyətlər haqqında qanunVIII f ə s i l

YEKUN MÜDDƏALARI

Maddə 33. Kollektiv müqavilələrlə (sazişlərlə) məzuniyyətlərin verilməsinin əlavə qaydalarının tənzimlənməsi
Mülkiyyət formasından asılı olmayaraq müəssisələrdə işverənlər həmkarlar ittafaqı ilk təşkilatı ilə birlikdə müəssisənin hesabına məzuniyyətlərin başqa növlərini, onların müddətlərinin artırılmasını, məzuniyyət dövründə işçilərin ayrı-ayrı kateqoriyalarına və ya kollektivin bütün üzvlərinə əlavə maddi-məişət güzəştlərinin verilməsini kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tuta bilərlər.
Kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan şərtlərlə və qaydalarda, müəssisənin normal fəaliyyətini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işverənin təsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər.
Maddə 34. Məzuniyyət Ardı »

Məzuniyyətlər haqqında qanunVI f ə s i l

ÖDƏNİŞSİZ MƏZUNİYYƏTLƏR

Maddə 29. Ödənişsiz məzuniyyətlərdən istifadə hüququ
Qohumluq borcunun yeridə yetirilməsi ilə bağlı ailə; məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə və digər üzürlü səbəblərə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
Maddə 30. Ödənişsiz məzuniyyətlərin növləri və müddətləri
Ödənişsiz məzuniyyətlər qanunvericilikdə nəzərdə tutulan hallarda işçilərin arzusu və tərəflərin qarşılıqlı razılığı ilə verilir.
İşçilərin arzusu ilə aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilməlidir:
həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud uşağa bilavasitə qulluq edən ailənin digər üzvünə — uşaq dörd Ardı »

Məzuniyyətlər haqqında qanunIV fəsil

SOSİAL MƏZUNİYYƏTLƏR

Maddə 21. Sosial məzuniyyətlərdən istifadə hüququ
Analıq hüququnu həyata keçirmək, uşaqları sağlam böyütmək, təhsil almaq və elmi yaradıcılıqla məşğul olaraq təhsil səviyyəsini artırmaq üçün işçilərin sosial məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
Maddə 22. Hamiləliyə və doğuşa görə sosial məzuniyyətlər
hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl yetmiş təqvim günü və doğuşdan sonra əlli altı təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda məzuniyyət yetmiş təqvim günü müddətində verilir.
Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:
normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim Ardı »

Məzuniyyətlər haqqında qanunIII f əs i l

ƏMƏK MƏZUNİYYƏTİ HÜQUQUNUN HƏYATA KEÇİRİLMƏSİ QAYDASI

Maddə 13. Əmək məzuniyyətlərinin verilməsi qaydası
İşçinin birinci iş ili üçün əmək məzuniyyəti hüququ işverənlə əmək müqaviləsinin (bağlaşmasının) bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.
Müəssisədə altı ay işlədikdən sonra birinci iş ili bitənədək işçiyə məzuniyyət öz arzusu ilə onun üçün əlverişli olan vaxtda verilməlidir.
İşin ikinci və sonrakı illəri üçün məzuniyyətlər iş ilinin müvafiq vaxtında məzuniyyətlərin verilməsi növbəsində nəzərdə tutulmuş vaxtda verilə bilər.
Aşağıdakı şəxslərin işə götürüldüyü vaxt nəzərə alınmadan işin birinci ili üçün məzuniyyətdən istifadə etmək hüququ vardır:
qadınların hamiləliyə və doğuşa görə — sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra;
on səkkiz yaşına çatmamış işçilərin;
müddətli hərbi xidmətdən Ardı »

Məzuniyyətlər haqqında qanunII f ə s i l

ƏMƏK MƏZUNİYYƏTİ

Maddə 5. Əmək məzuniyyəti anlayışı
Əmək məzuniyyəti işverənlə əmək münasibətlərində olan işçinin əməyinin və istehsalın xarakterinə görə normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi istirahət vaxtıdır.
Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır.
Əmək məzuniyyəti müvafiq vəzifə, peşə, ixtisas üzrə əmək vəzifələrini yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə görə verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər.
Maddə 6. Əsas məzuniyyət və onun müddətləri
Əsas məzuniyyət işçinin əmək müqaviləsində Ardı »