Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bextiyar VahabzadəNə Deyim Saçını Kəsdirdin Gülüm?!

Nə deyim saçını kəsdirdin gülüm?

O gün gəlməyəydin görüşə barı.

Kəsdirdin, ayaqlar altına düşdü.

Qumral saçlarının qıvırcıqları.



Hər buruq telinə can demişəm mən.

Saçını nə qədər iyləmişəm mən,

Mənim toxunduğum qara tellərin,

Kəsdirib ayaqlar altına atdın.



Sən saç uzatdığın neçə illəri

Düzünü söyləsək bir günə satdın.

Sənin saçlarını axı neçe il.

Sıxıb qərq etmişəm mən öpüşlərə.

Düşünsən sevgilim saçların deyil.

Mənim öpüşlərim atılmış yerə Ardı »

Bextiyar VahabzadəQul Bazari

Gəldi başımıza min qan, min qada
Bunlar tarixdən də bizə tanışdır.
Bəşərin quldarlıq
zamanında da
Bu millət qul alıb, qul
satmamışdır.
Nədir qul bazarı, hardan çıxdı bu?
Öz halal yurdunda millət qul oldu?
Qış ötdü, yaz gəldi,
bitmədi yonca
Xəzana döndümü şirin
xəyallar?
Oturab səkidə küçə
boyunca
Müştəri gözləyir bu təzə qullar.
Bir parça çörəkçin bu
bədbəxılərin
Açılır başına min cür
oyunlar-
Səhərdən axşama qaya capmağa,
Zibil dasımağa hazırdı
onlar.
"Gəl" - deyə çağırsan,
əllisi birdən
Cumacaq üstünə daş
səkilərdən.
Özün seç, çəkinmir qul
olduğuna
Az, ya çox, nə versən
sükrandır ona.
Qulun nə haqqı var "Bu azdır" deyə
Sahib ağasıyla çənə
döyməyə?
Satdıq Qarabağı uf
demədən biz
Satdıq otelləri, zavodları da.
Min cür sərvətimiz, var- dövlətimiz
Satıldı, el qaldı quruca
yurdda.
Biri-birimizi satırıq bu
gün
Ayıra bilmirik doğrmadan yadı.
Vərdişə çevrilib satmaq bizimçün
Daha satılmağa bir şey qalmadı.
Hərraca qoymuşuq bu
məmləkəti,
İndi də satırıq namus,
qeyrəti.
Ünvan Ardı »

Bextiyar VahabzadəBöl Görüm

BÖL GÖRÜM
'Bəxtim, mənə yar ol', deyib
çağlaram,
Yar olmasa de bəxtiyar ol görüm.
Gələcəyə ümidimi bağlaram,
Bir an sonra nə olacaq, bil,
görüm.
Yaz ayları çağıldayan selmisən?
Bu dünyanı oyuncaqmı bilmisən?
Həyat səni güldürəndə
gülmüsən ,
Hünərin var, ağladanda gül
görüm.
Dünyamızı yasa, toya bölmüşük,
Sevdamızı oda, suya bölmüşük,
Ömrümüzü günə, aya bölmüşük,
Min arzuya, min diləyə böl
görüm.
1974. Ardı »

Bextiyar VahabzadəƏsarət - Azadlıq

Əsarət odunda bişdi
nəslimiz,
Azadlıq eşqinə yandıq,
yaxıldıq.
Çatıb azadlığa, bu
məbəddə biz,
Şükür namazını qıbləsiz
qıldıq.
İndi biz azadıq, bizi bir
zaman,
Şeytandan qoruyan abır-
həyadan.
Azadıq düşmənə
qəzəbdən, kindən,
Millət hədəf olub öz
nifrətinə.
Qurtarıb özgənin
əsarətindən
Düşdük özümüzün
əsarətinə.
Azadlıq rəhmdən,
insafdan da biz,
Millətin haqqıya üzbəüz
olduq.
Ana yurdumuzun qansız,
rəhmsiz,
Qəddar talançısı özümüz
olduq.
Yoxdur əvəzimiz
yalançılıqda,
Bu ona şər atır, o, buna
böhtan.
Yurdu dağıtmaqda,
talançılıqda,
Azadlıq qorxudan, Allah
xofundan.
İndi azadlığım mənə
qənimdir,
Bu gizli oyundan baş
açmır fələk.
Məni kor quyudan
çıxaran kəndir,
İndi boğazıma keçib
halqa tək...
17 avqust, 1996. Ardı »

Bextiyar VahabzadəSen Oluram Men

Yaxşı ki, ayrıyıq, yaxşı ki bizdən
Çırpınti, sarsıntı əl üzmür yenə.
Həyatı öyrəndik həsrətimizdən,
Odur ki, həmişə möhtacam sənə


Rəngi bir, dadı bir toyun büsatın.
Həsrət min rəng çəkir gözlərimizə
Yaxşı ki ayrıyıq, bu dərd həyatın
Dərin qatlarını öyrədər bizə.


Yanımda olanda uzaqdasan sən
Mən səni görmürəm olduğun kimi.
Səndən ayrıldımmı, hər yerdə sənsən
Mən göre bilmirəm Vallah heç kimi!


Yanında bir quru cisməm özüm də.
Ayrıldım, ruh olub əriyirəm mən
Eşitmir qulağım, görmür gözüm də
Arzudur eşidən, həsrətdir görən.


Adi bir insanam.
Sənin yanında, başqa qayğılarla yaşayıram mən
Elə ki, ayrıldım qəm dumanında
Fikrimin ilki də sonu da sənsən!



Yanında rahatam, sakitəm tamam,
Ayrıldım od tutub alışır ürək.
Rahatliq - ölümdür, hələ mən sağam
Mənə tufan gərək, həyəcan gərək!



Vüsal dəmlərində sən nur mən Ardı »

Bextiyar VahabzadəQapılar

Dil lal, gözleri kordur,
qulağı kar qapılar
Özü gen olsa da istəklər
üçün dar, qapılar.
Çözülür müşgülümüz
rəsmi otaqlarda, fəqət
Üzünü haqlı təmənnalara
bağlar, qapılar.
Sahibin vaxtı əgər yox isə
bədbəxtlər üçün
Elə kandarda onun
köksünü dağlar, qapılar.
Qapıdan incə təbəssümlə
və arzularla girib
Çölə ağlar çıxanın halına
ağlar, qapılar.
Nə bilək gizli otaqlardakı
həngamələri,
Bizə naməlum olan
sirrləri saxlar qapılar.
Qapılardan qovulan
boynu bükük bəndələrin
Ahı dəhşətli olur, ah ilə
laxlar qapılar.
30 iyun, 1998 Ardı »

Bextiyar VahabzadəMən-özümün Düşməni

MƏN-ÖZÜMÜN DÜŞMƏNİ
Mən kiməm? Bu sualı
Hər il ad günlərimdə
öz-özümə vermişəm
Cavab tapa bilməyib
Bu sualın önündə
Başımı endirmişəm.
Mən kiməm?
Mən nəçiyəm?
Eşqim, diləklərim nə?
Niyə gəldim dünyaya,
Bu dünyada yerim nə?
Sağ ikən də bilmirəm
Ölüyəm , diriyəm mən?
Əvvəlini, sonunu
Dərk etməyən, ən adi,
Kəslərdən biriyəm mən.
İmkanla arzuların
Arasmda vurnuxan
Saat kəfkiriyəm mən.
Zamanın dəhrəsilə
Qanadlı arzuları
Budanan bir bəndəyəm.
Mən bir üzü ağamsa,
Bir üzü şərməndəyəm.
Mən özümün düşməni!
Hər gün çəkir çarmıxa
Öz içimdə mən, məni.
Mən özümçün həmişə
Baxdıqca sirri artan
Müəmmalı şəkiləm.
Özümə ittihamçı, özgəsinə
vəkiləm.
Bildiyim bu qədərmiş
Məni məndən gizlədən
O suallar hədərmiş.
İyun, 1999. Ardı »

Bextiyar VahabzadəGör Necə Güclüsən...

Yatmaq istəyirəm...sənsizliyimi
Yuxu dənizində batıram deyə.
Yuxumsa kölgəni öz kölgəm kimi
İzləyir, qısqanıb səni hər şeyə.
Yuxum qaçaq düşüb məndən yan gəzir,
Yuxum küçələrdə sərgərdan gəzir.

Həsrətin asılıb kirpiklərimdən.
Yuxum da gəlmir ki, heç olmasa mən
İtirim, batırım səni yuxumda.
Məndən vəfalıymış sənə yuxum da.
Yuxum qaçaq düşüb yatammıram mən,
Yuxum qorxub qaçıb fikirlərimdən... Ardı »