Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bextiyar VahabzadəGizlidir

Qışda bahar, baharda qış,
Seldə, suda od gizlidir.
Ağ buludda yamyaşıl ot,
Yaşıl otda süd gizlidir.
Nədir bu dərd, nədir bu
qəm ?
Gah bilirəm, gah
bilmirəm.
Hər sevincdə bir dərd,
ələm,
Hər dərddə umud gizlidir.
Vardan-yoxa bu dövrədə,
Küllü gördüm bir zərrədə.
Bir damcıda, bir qətrədə
Bu boyda vücud gizlidir.
Hər görüşdən bir intizar,
Hər sevincdən bir qəm
doğar,
Hər sükutda bir haray
var,
Harayda sükut gizlidir.
Hər hakimin məhkumu
var,
Hər cökənin hücumu var.
Hər cütdə təkin tumu var,
Hər təkdə bir cüt gizlidir.
Gerçəyi var hər yalanın,
Gen yolu var hər dalanın.
Min bütə səcdə qılanın
Qəbində bir büt gizlidir.
27 iyun, 1993. Ardı »

Bextiyar VahabzadəGÜMAN QALIB ALLAHA

Talan olmuş bir zaman
ürəklərdə bəslənən,
Ümid ilə süslənən
O arzular, o kamlar.
Körpülərin üstündən indi
sel sular keçir,
Altındansa, adamlar.
İndi yalan and olub
Hər şey tərs-avand olub.
Yayın oğlan çağında
Buludlar yaman dolub.
Hamı düz yoldan qaçıb,
əyri yola işləyir
Saatın əqrəbləri soldan
sağa işləmir,
Sağdan sola işləyir.
Bu qaranlıq gecənin hələ
sonu görünmür
Səhər dönür axşama,
gecə səhərə dönmür.
Gündüzləri alışıb, gecələri
sönmüşük
Biz ağılla hiss edib, ürəklə
düşünmüşük.
Özümüzə qayıdır
atdığımız oxumuz
"Toxam" - deyir acımız,
"acam" - deyir toxumuz.
Alçalmağı heç kəsin
toxunmur vüqarına
Qol götürüb oynayır bu
millət ac qarına.
Bir-birinə uyuşmur
sozümüzlə içimiz
Toyda ağı söyləyib, yasda
gülüsürük biz.
"Xoşbəxtəm" deyənlərə
dilənçi qaçqınımız
Çadırından hay verir.
Ona bu "xoşbəxtliyi" bəxş
eləyən kəslərə
Öz ömründən pay verir.
Nə gerimiz bəllidir, nə
irəlimiz bizim
Əlirnizin yerinə işləyir
səhər, axşam
Yalnız dilimiz bizim.
Nə arxada, nə öndə
məlum bir yerimiz yox
Hara getdiyimizdən
vallah, xəbərimiz yox.
Biz bir Ardı »

Bextiyar VahabzadəGörən Hara Gedir ?

Qorxu kölgəsinə sığınmış bu gün
Sədaqət, diyanət,
məhəbbət, Allah.
Yalan hakim olub, böhtan gözətçi,
Çürüyür zindanda
həqiqət, Allah.
Əyri əyriliyi yeridir daşa,
Keçib əyrilikdə hamıdan başa.
Doğru həsrət qalıb isti bir aşa,
Görən hara gedir bu
millət, Allah.
Həftələr dəyişdi, gönlər dəyişdi,
Tərəflər dəyişdi, yönlər dəyişdi.
Qiblələr dəyişdi, dinlər
dəyişdi,
İtə ot verilir, ata ət, Allah.
Ünvanı dəyişib rəzalətin də,
Qaymaq da satılır şor
qiymətində.
İndi sədaqətin
səltanətində,
Əyləşib hökm edir
xəyanət, Allah.
Ha çığır, ha bağır, yalan ayılmaz,
Yaxşını yamandan ayıran olmaz.
Satsan, üzünə də baxan tapılmaz,
Necə ucuzlaşıb ləyaqət, Allah.
Yalanlar həqiqət
qiyafəsində,
Yeklər cövlan edir şeş
xanəsində.
Oğrular, əyrilər
zəmanəsində,
Əyrilik sayılır, fərasət,
Allah.
9 iyul, 1989. Ardı »

Bextiyar VahabzadəOldurme Meni

Canı sən vermədin, sən də alasan,

Ümid ver yaşayım, öldürmə məni.

Qıyma sevəninə qatil olasan,

Ümid ver yaşayım, öldürmə məni.

Ölümüm min yerə yozulacadır,

Dünyadan bir sevən azalacaqdır,

Qəbrim ürəyində qazılacaqdır,

Ümid ver yaşayım, öldürmə məni.

Məni öz əlinlə məzara vermə,

Görmək istəmirsən, heç məni görmə,

Sən Allah, bu qədər günaha girmə,

Ümid ver yaşayım, öldürmə məni.

Vallah, əllərimdə qalacaq yaxan,

Bilmirəm bu mənzil uzaqmı, yaxın?

Yaşamaq mənim də haqqımdır axı?!

Ümid ver yaşayım, öldürmə meni…

Biz xosbext olmadiq

Biz xoşbəxt olmadıq sevənlər kimi,

İndi son bahartək sızlar qəlbimiz.

Bəlkə bu dünyaya gəlmişik, gülüm,

Artıraq dünyanın həsrətini biz.

Tənə də, giley də daha əbəsdir,

Bu sirli röyadan ayrılaq gərək.

Ya sən gecikmisən, ya mən tələsdim,

İndi sevə-sevə ayrılaq gərək.

Könül gizli-gizli yanacaq indi,

Bir damla göz yaşın Ardı »

Bextiyar VahabzadəƏzan Səsləri

ƏZAN SƏSLƏRİ
-Bu dağı, bu daşı min ildən bəri
Vətənə çevirdi əzan səsləri
Nə imiş görəsən, nə deyir o səs?
Göylərə tuşlanan o qaib nəfəs?
Nədir o səsdəki əzəmət, kədər-
Genişlik, sonsuzluq, ənginlik
qədər?
- Yerləri göylərə bağlayan dirək,
Göyləri yerlərə endirən dilək!
İyun, 1994.
Şəki. Ardı »

Bextiyar VahabzadəBextiyar Vahabzade

Insan qeribedir,salamat iken,
Qohum da,qardaw da,yada duwmeyir.
Ele ki yataga duwdu,qefleten,
Filankes yanima gelmedi deyir.
Burda yada duwur yaxin,uzaq da,
Her kicik noqtede bir umman gorur.
Bu niye beledir?
Insan yataqda,
Heyati,olumu yaxindan gorur. Ardı »

Bextiyar VahabzadəAĞIL BAŞQA, ÜRƏK BAŞQA

Bir-birinə bənzəsə də,
Yel başqadır, külək başqa.
Ətri də xoş, rəngi də xoş
Gül başqadır, çiçək başqa.
Hər diki yoxuş bilmə, gəl,
Hər meyi meyxoş bilmə,gəl.
Hər uçanı quş bilmə, gəl
Quş başqadır, böcək
başqa.
Hər dərdinə ortaq
mənəm,
Hər ağrını tən bölənəm,
Sən çəkənsən, mən
gələnəm
Oəmi başqa, yedək
başqa.
Haqqın yolu-öz yolumdur,
Əyilməyən düz yolumdur,
Xeyirlə şər sağ -
solumdur
Şeytan başqa, mələk
başqa.
Bir diləyə mən calandım,
Gah qazandım, gah
talandım,
Ömrüm boyu haçalandım
Ağıl başqa, ürək başqa.
Dilək oldu mənim adım,
Pərvazlandı qol-qanadım,
Batmadı səbrim, inadım
Әməl başqa, dilək başqa.
28 noyabr, 1998 Ardı »

Bextiyar VahabzadəHörümçək Tor Bağladı

Uydurma tarix ilə kimliyimiz anıldı-
Öz kökünü bilməyən gözü küllü bu millət
Zamanın yollarında hər addımda yanıldıq
Uydurma tarix bizi anamızdan ayırıb,
Yad anadan alınmış bələkdə qundaqladı.
Özülümüz laxladı.
Bu xalqın tarixini düz bildirən, düz yazan
Tarix kitablarında hörümçək tor bağladı.
Kimə deyək dərdini bu dövranın, bu günün?
Vəzifəyə sümsənən,
Vəzifə kürsüsünün
Birinci pilləsində bu mərkəzdən noxtalandı.
Kişiliyi vardısa, bu anda axtalandı…
Ürəkdəki cəsarət,
mərdanəlik,
dəyanət
talandı,
tapdalandı.
Məğrur keçmişimizdən üzüldü əllərimiz,
Şərəf bildik özgəyə qul olmağı yoxsa biz?
Hər cürə zülmü udduq.
Köləliyi qazanıb, kişiliyi unutduq.
Vicdan, düzlük, həqiqət sürgün oldu bu yerdən,
Yaltaqlıq və xəyanət silahını yağladı.
Cəsarət qılıncının ağzı Ardı »