beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xiyarın faydaları haqqında

Alimlər gündəlik həyatda fərqində olmadan yediyimiz tərəvəz olan xiyarın faydalarını araşdırıblar.
Məlumatına görə, bu barədə araşdırmanın nəticələri "New York Times" qəzetində nəşr olunub.

Sən demə xiyar sadəcə bir tərəvəz və ərzaq məhsulu deyilmiş.

1. Xiyarın tərkibində gündəlik ehtiyacımız olan bir çox vitamin var. Belə ki, bir ədəd xiyarda B1, B2, B3, B5, B6, C vitaminləri, həmçinin kalsium, dəmir, maqnezium, fosfor, potasium, sink və fol turşusu var.

2. Günortadan sonra yorğunluq hissetdiyinizdə çayı, qəhvəni, soyuq içkiləri bir tərəfə atın və 1 xiyar yeyin. Xiyar əla B vitamini və karbohidrat mənbəyidir. Yeyilən bir xiyar isə az vaxt ərzində yorğunluğunuzu çıxaracaq.

3. Duşdan sonra hamamda güzgünün buxarlanması sizi narahat edirsə, bir xiyar dilimi ilə güzgünü silin. Həm güzgü buxardan təmizlənəcək, həm də hamamda xoş ətir yaranacaq.

4. Həşəratlar bağınıza və ya dibçəklərinizə ziyan verirsə alüminium qaba və ya folqaya bir neçə xiyar dilimi qoyaraq bağınızın ortasına yerləşdirin. Xiyarın tərkibində olan kimyəvi elementlərin və alüminiumun reaksiyası nəticəsində insanların hiss edə bilmədiyi iy yaranaır ki, bu da həşəratların uzaqlaşmasına səbəb olur.

5. Xiyar cilddə olan qırışları azaldır və qıçlarda olan selulitləri də bir müddətliyə yox edir.

6. Baş ağrısından xilas olmaq üçün yatmadan əvvəl bir neçə dilim xiyar yeyin və ertəsi gün möcüzəvi şəkildə ağrısız oyanacaqsınız. Xiyar bədənin itirdiyi qida maddələrini bərpa edəcək B vitaminləri və elektrotlarla zəngin olduğundan bu cür problemləri yox edir.

7. Pəhriz saxlayanlar aclıq hissini xiyar yeyərək yox edə bilərlər.

8. Evdə ayaqqabı rəngi qurtarıbsa yeni kəsilmiş xiyarla ayaqqabını silin. Xiyarın tərkibində olan kimyəvi maddələr həm ayaqqabını parlaq edəcək, həm də onu sukeçirməz edəcək.

9. Evdə qapının və pəncərənin cırıldayan petlələrinə xiyar sürtün. Əgər problem burdadırsa ortadan qalxacaq.

10. Özünüzü yorğun hiss etdiyiniz zaman bir qab qaynar suyun içinə incə dilimlənmiş bütöv bir xiyarı atın. Qabı oturduğunuz otaqda bir yerə qoyun. Xiyarın tərkibi qaynar su ilə qarışaraq otağa gözəl bir rayihə yayacaq. Bu rayihə əsəbləri sakitləşdirir, yorğunluğu aradan qaldırır. Xüsusilə tələbələr bunu sınaqdan keçirməlidir.

11.Nahardan sonra ağızda yaranan yemək iyini yox etmək üçün bir dilim xiyarı dillə damaq arasında 30 saniyə saxlayın. Xiyar ağızda ağır iyə səbəb olan bakteriyaları öldürür bu problemi aradan qaldırır.


Tarix: 21.01.2015 / 17:40 Müəllif: Aziza Baxılıb: 123 Bölmə: Qidalanma və Dieta