Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sümükləri gücləndirən qidalar

Sümük narahatlığı günümüzdə yaşlı insan qrupları üçün aktual mövu olaraq qalmaqdadır. Sümüyün güclü olması, bədənin gənc yaşlardan etibarən möhkəm və güclü qalmasını, eyni zamanda orqanizmə dəstək verməsini təmin edir.
Sümük əriməsinin qarşısını lazimi proseduralar və tədbirlərlə almaq olar. Ev şəraitində isə istək əsnasında lazımi qidalar, möhkəmləndiricilər qəbul etməklə və düzgün idman etməklə sümük əriməsini önləməyin mümkün olduğu bildirilir. Məlumata görə edilən araşdırmalar sayəsində insan bədəninin 19-50 yaş aralığında 1000 mg, 50 yaş və daha çox yaş aralığında isə 1200 mg kalsiuma ehtiyacı olduğu üzə çıxıb.
Kalsium və digər əlavələr ilə sümükləri gücləndirməyə südün, sardinanın və somon balığının, tərəvəzlərin, soyalı qidaların, qoz-fındığın kömək etdiyi bildirilir.
Süd
Kalsium baxımından olduqca əhəmiyyətli hesab olunan süd məhsulları sümük əriməsinin qarşısını almağa kömək edirmiş. İstək əsnasında tərkibində B12, B6 vitaminləri olduğu bildirilən, zülal və yüksək kalsium nisbəti ilə fərqlənən və sümük əriməsinə effektli hesab olunan qatıq, pendir məhsullarından seçim etmək olar.
Sardina və Somon
Tərkibində D vitamini, omeqa 3 və kalsium olduğu bildirilən sardina və somonu balığı sümüklərin güclənməsinə və pəhrizə faydalı hesab olunur.
Tərəvəzlər
Kalsiumla zəngin olduğu bildirilən kələm, ispanaq, ənginar, xiyar və s. tərəvəzlər sümüklərin güclənməsinə faydalı hesab olunur.
Soyalı qidalar
Soyalı qidaların bədənə estrogen təsiri etdiyi, tərkibində olan izoflovinlər sayəsində isə sümüklərin güclənməsinə kömək etdiyi bildirilir.
Çərəzlər
Tərkibində kalium olduğu bildirilən fıstıq və badam sümüklərə faydalı hesab olunur. Həmçinin maqnezium və zülalla zəngin olan fındığın da sümüklərə effektli olduğu bildirilir.


Tarix: 21.01.2015 / 13:21 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Qidalanma və Dieta
loading...