Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bunlar baş ağrısına qarşı təsirlidir

Baş ağrısı stressli gün keçirənlərdə, yuxusuz olanlarda, zərərli vərdişləri tərgitməyənlərdə, səs-küy və izdihamlı mühitlərdə yaşayanlarda daha çox olur,
Boyundan və ya alın bölgəsindən başlayan baş ağrıları yuxarı ətraflara yayılaraq xronikiləşir. Günümüzdə bu ağrıları azaltmağın asan üsulları çoxdur.
Həmin üsullardan biri düzgün qidalanmadır. Banan, portağal, quşqonmaz bitkisi, qaynadılmış kartof, qatıq kimi qidalar da təsirlidir.
Banan
Maqnezium və CoQ10 sinir sistemi üzərində müsbət təsir göstərir. Eyni zamanda əzələ boşaldıcı və ağrı yüngülləşdirici xüsusiyyəti var. Bu maddələrin spanaqda, badamda, yumurtada, gül kələmində və brokolidə olduğu bildirilir.
Portağal
Tərkibində C vitami olan bu meyvə baş ağrılarını yüngülləşdirməyə kömək edir. Bununla bərabər meyvələrdən kivi, çiyələk və bir çox sitrus bitkiləri istifadə edilə bilər.
Quşqonmaz bitkisi
Quşqonmaz bitkisində olan B2 vitaminin şiddətli baş ağrılarında təsirli olduğu sübut edilmişdir. Bu vitaminin kəpəkli çörəklərdə, süd, balıq və yaşıl yarpaqlı tərəvəzlərdə olduğu bildirilir.
Qaynadılmış kartof
Həddindən artıq spirt istifadəsindən sonra tövsiyə edilən kartof kalium baxımından olduqca zəngindir. Bu qida baş ağrılarına səbəb olan spirtin verdiyi zərəri azaldır.
Qatıq
Kalsium baxımından zəngin olan qatıq baş ağrılarına xeyiri olan qidalar arasındadır.


Tarix: 21.01.2015 / 17:26 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Qidalanma və Dieta
loading...