beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şaftalının daha bir faydası

Şaftalı həzmə təsirli olan meyvələrdən biridir. Bədəndəki zəhərli maddələri ifraz etməyə kömək edən şaftalıda su, şəkər və mədən duzlarının olduğu da bildirilir.
Türkiyəli Prof. Dr. Neriman Dinin sözlərindən aydın olur ki, həzm sistemində yaranan çətinlikləri aradan qaldırmaq üçün daha çox A, B3 və C vitaminlərini saxlayan şaftalıdan istifadə etmək lazımdır. Bu meyvəni xoşlayanlar daha çox ətirlisinə fikir verməlidir.
Çünki, tam yetişmiş şaftalı yumşaq olur. Bu meyvə digər faydaları ilə birlikdə sidik yollarını təmizləməyə və susuzluğa da təsirlidir.
Onuda qeyd etmək lazımdır ki, yeməklərdən sonra içilən bir stəkan şaftalı suyu da həzm problemlərinin yüngülləşməsinə kömək edir.


Tarix: 21.01.2015 / 17:36 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Qidalanma və Dieta