beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qazma qurğuları

Qazma qurğusu – qazma nöqtəsində quraşdırılmış və qazıma alətinin köməyi ilə sərbəst texnoloji əməliyyatları yerinə yetirməyi təmin edən qazıma maşınları, mexanizmimləri və avadanlıqları kompleksidir.Mündəricat
1 Qazma qurğularına qoyulan tələblər
2 Qazma qurğularının növləri
3 Qazma qurğularının strukturu
3.1 Yer altı avadanlıqlar
3.2 Yer üstü avadanlıqlar
4 Mənbə


Qazma qurğularına qoyulan tələblər

Hər bir layihə olunmuş quyu üçün qazıma avadanlığı komplekti və qurğusu seçildikdə geoloji və iqlim şəraiti, yer səthinin relyefi, qazmanın növü və s. amillər nəzərə alınır. Seçilmiş komplekt və qazma qurğusu bu göstərilən mümkün qədər müvfiq olmalıdır. Bundan başqa hər bir qazma qurğusu aşağıdakı tələbləri ödəməlidir:
Qazma qurğusu çox sadə olmaqla qazma prosesini tamamilə təmin etməlidir;
Qurğunun qurulması və sökülməsi mümkün qədər az vaxt tələb etməlidir;
Qurğuda qazma prosesi və endirmə qaldırma əməliyyatı mexanikləşdirilməlidir;
Qazma qurğusu təhlükəsizlik tələblərini tam təmin etməlidir;
Qurğu bir nöqtədən başqa nöqtəyə olduqca rahat və sökülmədən aparılmalıdır;
Qurğu iqtisadi cəhətdən mümükün qədər ucuz başa gəlməlidir. və s.

Qazma qurğularının növləri

Ümumi halda qazma qurğuları stasionar və səyyar olur. Səyyar qazma qurğuları tırtıllı traktor, avtomaşın və sürüngəclər üzərində quraşdırılmış dayaz və nisbətən dayaz quyuların qazılmasında tətbiq edilir. Güc intiqallarına görə qazma qurğuları fərdi və qrup ilə işləyən olur. Enerjinin növünə görə isə qazma qurğuları: elektrik intiqallı, dizel intiqallı və elektrik-dizel intiqallı ola bilər.

Qazma qurğularının strukturu

Qazma qurğusunda istifadə edilən maşın və mexanizimlər iki yerə ayrılır: yer altı və yer üstü avadanlıqlar. Qazma qurğusuna aşağıdakı avadanlıqlar daxildir:
Qaldırma-endirmə sistemi avadanlıqları;
Fırlatma sistemi avadanlıqları;
Nasos dövran sistemi avadanlıqları;
Qazma tikililəri;
Atqıya qarşı avadanlıqlar;

Yer altı avadanlıqlar
Süxurdağıdıcı alətlər;
Quyudibi mühərriklər;
Qazma kəməri;
İşlək boru*.

Yer üstü avadanlıqlar
Qazma tikililəri;
Qaldırma-endirmə sistemi avadanlıqları;
Qazma rotoru;
Atkıya qarşı avadanlıqlar;
Quyu ağzı sarğı;
İşlək boru*.


Tarix: 22.03.2013 / 16:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1074 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari