Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maşınqayırma

Maşınqayırma — ağır sənayenin bir sahəsi olub müxtəlif maşınlar, avadanlıqlar, cihazlar, həmçinin müdafiə əhəmiyyətli məhsullar və istehlak malları istehsal edir.

Maşınqayırma klassik mühəndislik elmi olub, təkcə maşınların, mühərriklərin və ötürmələrin hazırlanması ilə məhdudlaşmır. Müasir maşınqayırma texnikanın başqa sahələri ilə kəsişən bir çox yeni sahələri də əhatə edir. Bu sahənin kökü fizikaya əsaslanan mexanika, termodinamika, materialşünaslıq və o cümlədən konstruksiyaetmə, simulyasiya, modeləşdirmə kimi müasir informasiya texnologiyası ilə də bağlıdır.

Masinqayırmanın sahələri

Ənənəvi olaraq maşınqayırma aşağıdakı sahələrə bölünür: ağır maşınqayırma, ümumi maşınqayırma, dəqiq maşınqayırma, orta maşınqayırma, metal avadanlıqların istehsalı, maşın və avadanlıqların təmiri.

Azərbaycanda maşınqayırma üzrə mütəxəssislər Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasında hazırlanırlar.


Tarix: 21.03.2013 / 19:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 109 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...