beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ASIMO

ASIMO (yap. アシモ - Aşimo) — Honda şirkəti tərəfindən yaradılmış humanoid robotdur. Boyu 130 sm, çəkisi 54 kq. olan robot, belində çantası olan astronavt formasında düzəldilmişdir və saatda 6 km. məsafə qət etmə bacarığına malikdir. ASIMO Hondanın Araşdırma və İnkişaf etdirmə Mərkəzi tərəfindən Yaponiyada çıxarılmışdır. 1986-cı ildə Honda tərəfindən yaradılmağa başladılan insan robotları seriyasından 11-cisidir.

ASIMO adı ingiliscə "Advanced Step in Innovative Mobility" sözlərinin baş hərflərindən ibarətdir. Yaponca 足も yazılır və aşimo kimi oxunur.

2007-ci ildə 46 ASIMO robotu hazırlanmışdır. Hər birinin hazırlanması üçün 1 milyon ABŞ dollarından çox vəsait xərclənir. Bu robotların illik kirayə qiyməti isə 166 000 ABŞ dollarına bərabərdir


Tarix: 21.03.2013 / 19:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 115 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari