beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İran rialı

1932—1943

Pəhləvilər sülaləsinin ilk şahı Rza Pəhləvinin şəkli İranın bütün növ əskinaslarının üzərində əks olunub (1928-ci ildən Tüməndə, 1943-cü ildən rialda).

1944 — 1979-un əvvəlləri

Pəhləvilər sülaləsinin ikinci şahı Məhəmməd Rza Pəhləvinin şəkli 1941-1979-cu illərdə İranın bütün növ əskinaslarının üzərində əks olunub. Onun əskinaslardakı şəkilləri özü ilə bərabər yaşa dolur və qocalırdı.

İslam inqilabından sonra (1979)

Ayətulla Xomeyninin islam inqilabı qələbə qazanandan sonra Məhəmməd Rza Pəhləvinin bütün əskinaslarda olan şəkillərinin üzərinə adətən qırmızı rəngli bir və ya iki xətt çəkib çap edirdilər.

Düzəliş 1979/1980 illər

1980-ci ildə iran şahı Pəhləvinin əskinaslardakı şəkli onun siluetini təkrarlayan "bədii" qara şəkillə örtülür

Bu, İranın mərkəzi bankında çap olunan amma hələ dövriyyəyə buraxılmayan, üzərində yeni hakimiyyətin qəddar düşməni sayılan şahın şəkli əks olunan çoxlu sayda əskinasın qaldığı üçün belə edilmişdir.


Tarix: 19.03.2013 / 21:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 74 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari