beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sağlam şəkildə idmanla məşğul olmanız üçün bəzi qaydalar

Ətrafınızdakı insanlardan hansısa idman hərəkətlərini öyrənib məlumatsız halda onları təkrarlamanız əsas səhvlərdən biridir.
Vücudunuza uyğun olmayan idman hərəkətlərini etməniz sizi istəyinizə qovuşdurmayacaq.
Yüngül hərəkətlərlə idmana başlamadan qəfildən ağırlıq hərəkətləri etməniz əzələ deşilməsi, liflərdə zədələnmə, hətta qopmalara da səbəb ola bilər.
Buna görə də vücudunuzun ağır hərəkətlərə öyrəşdiyinə əmin olun.
İdman zamanı hansı əzələni hərəkət elətdirmək istədiyinizə zehni cəhətdən özünüzü alışdırın.
Diqqətinizi sadəcə idmana yönəldin və başqa bir şey düşünməyin.
İdman zamanı önəmli bir həcmdə su itkisi yaşanılır

İdmanda susamamanız üçün əvvəlcədən su içməlisiniz. İdman edərkən itirə biləcəyiniz suyun əvəzini ödəmək üçün yanınzda su saxlayın və tez-tez su için. Bunun sizə ziyanı olmaz.

Yeni idmana başlayanlar idmandan çox şey gözləyirlər, ancaq buna nail ola bilmirlər. Hədəflərinizi qarşınıza qoymağınız xəyallarınızın puç olmasını əngəlləyəcək


Tarix: 04.12.2014 / 17:27 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: İdman və sağlamlıq