beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İdman zamanı maye qəbulu və enerjinin bərpası

Yeni idmanla məşğul olanlar biləməlirdirlr ki, səhər yeməyindən 2 saat, nahardan isə 4 saat kecməmiş idman etmək məsləhət görülmür.

İdmanla məşğul olanlar sağlamlıq üçün bəzi sadə proseduraları tətbiq edə bilər. Onlardan biri edilən məşqlər zamanı itirilən enerjini bərpa etməkdir.

Məlumata görə enerjini artırmaq üçün istəyə uyğun natrium və kalium tərkibli yeməklərlə qidalanmaq və çoxlu maye qəbul etmək olar.

Fiziki aktivliyin ustunlüklərinə baxmayaraq, bəzi insanlar oturaq həyat tərzi keçirir. Buda formada qalmağa mənfi təsir göstərir. Bu baxımdan idman zamanı havanın istiliyi, rütubət, maye qəbulu və çəki kimi bir sıra kənar faktorlar nəzərə alınmalıdır.

Bəzi idmançılar məsləhət görür ki, məşq zamanı mayedən çoxlu qəbul etmək sağlamlığa daha təsirlidir. Bir çoxları isə hesab edir ki, saat 10.00 və 16.00 arasında idman edənlər gün ərzində ən azı 2,5 litr maye qəbul etməlidir. Bu bədəndə olan maye itkisini önləməyə kömək edir.

Onuda qeyd etmək lazımdır ki, bədənə qəbul etdiyimiz və xaric etdiyimiz su balanslı olmalıdır. Bədəndə olan su itkisi sidik, tənəffüs yolu və dəridən də ifraz olunur. Yay aylarında isti havalarda tərləmə yolu ilə su itkisi artır.

Məşq və enerji itkisində də su itkisi çox olur. Pəhrizlər zamanı kilo verənlərdə isə bu artır. Bu baxımdan bir çoxları hesab edir ki, məşq zamanı itirilən mayenin birəbir bərpa etmək asan deyil. Məhz bu səbəbdən idman içkilərinə daha çox fikir vermək lazımdır


Tarix: 04.12.2014 / 17:26 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: İdman və sağlamlıq