Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İdmanla mütəmadi məşğul olanların nəzərinə

İdmanla məşğul olan şəxslərin idmanla məşğul olmayanlara görə daha çox hərəkətli bir gün keçirməsi onlarda daha çox zülal ehtiyacı yaradır. Xüsusilə olanların əzələləri üçün zülalın əhəmiyyətinin çox olduğu bildirilir. Üzmə, bədən inkişaf etdirmə, ağırlıq qaldırma, boks və s. idman növləri ilə məşğul olanların əzələ sistemlərində zülal ehtiyacı daha çox olur.

Çəkisi 75 kiloqram ağırlıqda olan, boyu isə 175 sm olan kişi idmançılarına növlər baxımından aşağdakı prosedur müəyyən olunub:

1. Bədən inkişaf etdirmə idman növü ilə məşğul olanlar çəki başına 1,4 — 1,8 qram zülal (cəmi = 105-135 qram) qəbul etməlidirlər;

2. Boks + Kikboks-Güləş çəki başına 1,2 — 1.6 qram zülal (cəmi = 90-120 qram) qəbul etməlidirlər;

3. Üzmə + Karate çəki başına 1,2 — 1.4 qram zülal
(cəmi = 90-105 qram) qəbul etməlidirlər;

4. Basketbol çəki başına 1,2 — 1,4 qram zülal
(cəmi = 90-105 qram) qəbul etməlidirlər;

5. Futbol çəki başına 1,0 — 1,2 qram zülal (cəmi = 75-90 qram) qəbul etməlidirlər;

6. Stolüstü tennis çəki başına 1,0 — 1,2 qram zülal (cəmi = 75-90 qram) qəbul etməlidirlər.

Yuxarıdakı hesablamaya görə idmançılar öz zülal ehtiyaclarını bunlardan yararlanmqla nəzarət altına ala bilər. Təkcə məşq prosesində zülal ehtiyacını ödəməklə insan öz orqanizminə fayda vermir, həmdə mütəmadi və normal bir şəkildə idmanla məşğul olmaqla da əvəzolunmaz faydalar təmin edə bilər.

Ümumiyyətlə bir çox internet mənbələrində bildirilir ki, idman sağlamlığa çoxlu faydalar bəxş edir. İdman insan orqanizmində əhvalı yüksəldir, idmandan sonra insan özünü əvəlkindən daha yaxşı hiss edir. Narahatlığı və gərginliyi aradan qaldırır. Xroniki xəstəliklərin qarşısını almağa kömək edir. Müntəzəm idmanla məşğul olmaq yüksək qan təzyiqini və qanda xolesterinin miqdarını nizamlayır. Çəkini qorumağa kömək edir.

Müntəzəm idmanla məşğul olan zaman insan kalori itirir ki, bu da artıq çəkilərdən xilas olmağa kömək edir. Əbəs yerə demirlər ki, idman ürəyin və ağciyərin funksiyasını gücləndirməyə, vücudu oksigenlə tam təmin edərək damarlarda qan dövranını artırmağa kömək edir. Bundan əlavə idman yuxusuzluğu aradan qaldırır, intim həyatı isə aktivləşdirir. Təngənəfəsliyi aradan qaldırmağa da kömək edir.


Tarix: 04.12.2014 / 17:21 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: İdman və sağlamlıq
loading...