beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İdman salonlarında bunlara diqqət etmək lazımdır

İdmanın faydaları saymaqla bitmir. O, bədənimizə enerji və tonallıq verir, metabolizmi sürətləndirir. Müntəzəm məşqlər isə artıq yağları əritməyə kömək edir.

Lakin, idmanla məşğul olanlar onuda bilməlidir ki, yüksək performans üçün bəzi vərdişlər zərərlidir. Bu vərdişlərə bədənin öyrəşmədiyi idman fəaliyyətləri ilə məşğul olmaq, məşq zamanı başqa işlərə meyl etmək, idmana başlamazdan əvvəl bədəni qızışdırmamaq, daimi olaraq edilən kardio və ağır idman məşqləri də daxildir.

Bildiyimiz kimi idmanla ciddi məşğul olmayanlarda yeni idman növlərinə meyl etmək ilk həftə ərzində asan olmur. Daha çox bədən əzələləri bu prosesə öyrəşə bilmir. İlk günlərdə edilən məşqlər isə əzələ-oynaq ağrıları yaradır.

Günümüzdə elə insanlar var ki, idmanla məşğul olan zaman tənbəllik edir və ya başqa işlərlə məşğul olur (idman jurnalı oxumaq, telefonla danışmaq və s.).

Daha çox qaçış idman növü ilə məşğul olanlarda fasilə vaxtı bu cür halların görüldüyü bildirilir. Buda yüksək idman performansının zəifləməsinə səbəb olur.

Buna görə jurnal, qəzet və ya telefon kimi vasitələrlə vaxt keçirtməyin əvəzinə xoşladığınız idman məşqləri ilə ciddi məşğul olmaq lazımdır.

Məşqə başlamazdan əvvəl bədəni qızışdırmamaq sonradan müxtəlif bədən ağrılarına, qırıq və çıxıqlara səbəb olur.
Bu baxımdan idmandan əvvəl bədənin elastikliyini artırmaq üçün isinmə hərəkətləri etmək lazımdır.

İdmanla məşğul olanlar arasında fərqli əzələ qruplarını işlətməyən, yalnız xoşladığı idman məşqlərinə üstünlük verənlər də var.

Bu cür hallar, daha çox bədən fiqurasnı inkişaf etdirənlərdə və ağır idman növlərinə (ştanq, armrestling və s.) üstünlük verənlərdə görülür.
Bu cür insanlar həmişə eyni məşqlərlə məşğul olurlar. Buda insan orqanizminə effektli təsir göstərmir.

Ona görə fərqli əzələ qruplarını inkişaf etdirən məşqlərə də vaxt ayırmaq lazımdır.

Ürək sağlamlığı üçün təkcə kardio ilə məşğul olmaq düzgün deyil. İdmanı sevənlər ürək sağlamlığına yaxşı təsir göstərən pilates məşqləri, yoqa və ya rəqs kimi əyləncəli məşq növləri ilə məşğul ola bilərlər.


Tarix: 04.12.2014 / 17:21 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: İdman və sağlamlıq