beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əkiz psixologiyası: rəqabət və qısqanclıq

Rəqabət , qısqanclıq və paylaşmaq tək doğulan uşaqların həyatlarının bir parçasıdır. Əkiz uşaqlar həyatlarının ilk günündən etibarən təməl ehtiyaclarının qarşılanması , ana-atanın əlaqəsi və sevgisi üçün rəqabət içinə girə bilərlər. Xüsusilə birinin digərindən daha müvəffəqiyyətli olması , ön plana çıxması vəziyyətində ya da bir əkizin xüsusi tələbləri olduğunda rəqabət və qısqanclıq artar.

Aparılan araşdırmalara görə əkizlərin bir-birləriylə ən çox fiziki inkişaf , müvəffəqiyyətli olma və böyüklər tərəfindən bəyənilmə sahələrində rəqabət yaşadıqları bildirilmişdir. Xüsusilə məktəbə başladıqdan sonra bir əkizin digərindən daha tez oxumağı öyrənməsi , daha yüksək qiymətlər alması fərqində olmadan həm ana -atanın , həm də müəllimlərin əkizləri müqayisə etməsinə və buda əkizlər arası rəqabətin artmasına səbəb ola bilər.

Rəqabət və qısqanclıq gündəlik həyatın hissəsidir , ancaq əkizlərin bu duyğularla necə baş edəcəyi , necə reaksiyalar verəcəkləri böyük ölçüdə ana-atanın və digər insanların reaksiyaları ilə əlaqədardır.


Tarix: 06.01.2015 / 16:03 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Valideynə məsləhət