beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpələrə 1 yaşından tez duz verməyin!

Körpələrin ilk 4-6 aylarına qədər yalnız ana südü ilə qidalanmaları, ardından da mütləq əlavə qidalara başlamaları təklif edilir. Ancaq əlavə qidalara 4. aydan əvvəl qətiliklə başlanmaması lazımdır. Bunun səbəbi isə körpələrin mədə-bağırsaq sistemi və böyrək funksiyaları kifayət qədər böyümədiyi üçün bu dövrdə əlavə qidaları almağa hazır olmamalarıdır.
İnək südü və buğda unu kimi əlavə qidalara tez başlamanın ən böyük riski isə körpədə qida allergiyasına yol aça bilməsi! Bunun əksinə əlavə qidalara gec başlandığında isə qeyri-kafi enerji və zülal qəbulu ilə bağlı infeksiya riskinin artması, dəmir əskikliyinə bağlı anamı, bərk qidaları və çeynəməyi öyrənə bilməmə ilə qeyri-kafi vitamin - mineral alışına bağlı böyümə- inkişaf geriliyi kimi bir çox ciddi cədvəl ortaya çıxa bilir. International Hospitaldan Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. Şebnem Ərsoy, körpələrə əlavə qida verərkən son dərəcə diqqətli olunması lazım olduğunu ifadə edərək, "Çünki sadə kimi görülən səhvlər irəli yaşlarda ciddi sağlamlıq problemləri meydana gətirə bilir. Məsələn körpələrə 1 yaşından əvvəl verilən duz damarlarda yığılaraq tez yaşda hipertansiyon xəstəsi olmalarına yol aça bilir. "


Tarix: 06.01.2015 / 14:14 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Valideynə məsləhət