beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sünnət...

Sünnət və ya elmi dildə desək, sirkumsiziya – tənasül üzvünün ucluğunun kəsilməsi prosesidir. Bu prosesin yaranması uzun və maraqlı tarixə malikdir. Hal-hazırda müxtəlif cərrahlar tərəfindən bir neçə sirkumsiziya üsulu təklif olunmuşdur. Ümumiyyətlə isə tam və natamam sirkumsiziyanı (ucluğun kəsilməsini) bir-birindən ayırırlar.

İndi bir çox valideynlər müxtəlif fikirlərlə uşağın sirkumsiziyası ilə bağlı həkimə müraciət edirlər. Məsələn, ABŞ-da doğulan oğlan uşaqlarının yarisına sirkumsiziya tətbiq olunur. Lakin belə fikir də vardır ki, sirkumsiziya və ya digər cərrahiyyə əməliyyatları üçün pasiyentin razılığı olmalıdır. Bu fikrə görə kiçiklərin razı olub-olmadıqlarını bilmək olmadığından, xüsusi tibbi göstərişlər yoxdursa, həddi-buluğa çatmayanlara bu əməliyyat tətbiq etmək olmaz.

Bunu nə üçün edirlər?

Uşaqlarda sirkumsiziyanın əsas göstəricisi fimozdur – ucluğun dar olması nəticəsində tənasül başcığının tam açılmaması. Ucluğun bu halı başcığın tam təmizlənməsinə mane olur və ucluqla başcıq arasında xüsusi maddə- smeqmanın yığılmasına səbəb olur. Bu iltihaba (balanopostit) və sidik kanalına qədər yaralara aparır. Nəzərə almaq lazımdır ki, böyüdükcə uşaqda fimoz keçə bilər və əgər iltihab prosesi yoxdursa üç yaşına qədər əməliyyat məsləhət görülmür.

Böyüklərdə isə fimozda dərhal əməliyyat təyin olunur. Bundan əlavə, sirkumsiziyanın göstəricisi vaxtındanqabaq toxumaxıtmadır, çünki sirkumsiziyada tənasül üzvünün başcığının hissiyatı azalır (sıxılma nəticəsində) və cinsi əlaqə uzunmüddətli olur.

Hal-hazırda sirkumsiziyanı ağrıkəsicilərlə aparırlar. Bu vaxta qədər 2 aylıq uşağa ağrıkəsici vurulmurdu, lakin sirkumsiziya zamanı ağrıkəsicisiz əməliyyat uşağın sağlamlığına zərər vura bildiyindən indi bu məsələ müzakirə olunur.

Sünnətin üstünlükləri

Hesab olunur ki, sirkumsiziya uşağın gələcək həyatı üçün xoş olan bir sıra effektləri verir:

•Uşaqlarda sidik yollarının infeksiyasının inkişafı (pielonefrit, sistit) risqi 10 dəfə azalır.
•Hesab olunur ki, sirkumsiziya cinsi yolla keçən xəstəliklər(məsələn, genital herpes, sifilis və hətta İİÇ-infeksiya) risqini azaldır.
•Sirkumsiziyanı oğlanın həyatının ilk illərində etdikdə tənasül üzvünün xərçənginin inkişafı risqi xeyli azalır.
•Müsəlman və yəhudi qadınlarda uşaqlıq boyunun xərçənginə daha az rast gəlinir. Çünki 16 və 18 tipli insan papillomları virusunun sünnətli kişilərdən ötürülməsi(uşaqlıq boyu xərçənginin səbəbləri, faktorları) daha az ehtimallıdır.
•Tənasül üzvünün gigiyenasının yaxşılaşması (smeqmanın daha az əmələ gəlməsi sayəsində).

Sünnətin zərərləri
Sirkumsiziyanın agırlaşması nadir hallarda olur və adətən cərrahın keyfiyyətsiz işindən sonra ola bilər. Onlara aiddirlər:
•İstənilən cərrahiyyə əməliyyatına xas olan iltihab ağırlaşmaları. Anal sahənin yaxın olması isə yaranın çirklənməsi risqini artırır.
•Ucluğun artıq kəsilməsində dərinin həddən artıq dartılması səbəbindən tənasül üzvünün deformasiyası.

Bunu necə etmək lazımdır?

Beləliklə, əgər tibbi, məsələn, androloqun məsləhəti, dini və ya digər səbəblər sizi bu işə sövq etdisə cərrah-androloqa müraciət etmək lazımdır.


Tarix: 16.01.2015 / 11:43 Müəllif: Aziza Baxılıb: 206 Bölmə: Urologiya