beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

20 Yanvar 2014

20 Yanvar 2014
Azərbaycan, Bakı, 20 yanvar
Azərbaycanda bazar ertəsi 20 Yanvar
faciəsinin iyirmi dördüncü ildönümüdür.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü
uğrunda mübarizə tarixinə qəhrəmanlıq
səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın
20-də ölkəmizə qarşı ərazi iddiaları irəli
sürən Ermənistanın təcavüzkar
hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin
onlara havadarlığından hiddətlənən, Bakının
küçələrinə və meydanlarına çıxaraq buna öz
qəti etirazını bildirən geniş xalq kütlələrinə
qarşı Sovet ordusunun döyüş hissələrinin
yeridilməsi Azərbaycanda misli görünməmiş
faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə
öz ölkəsinin, xalqının azadlığını, şərəf və
ləyaqətini hər şeydən uca tutan mərd Vətən
övladları canlarından keçərək şəhidlik
zirvəsinə ucaldılar.
Böyük itkilərlə, günahsız insanların qətli ilə
nəticələnən 20 Yanvar faciəsi Qorbaçov
başda olmaqla, cinayətkar imperiya
rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar
siyasətinə dözməyən, öz azadlığına,
müstəqilliyinə can atan xalqımızın
mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir
daha nümayiş etdirdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən
gecə, əvvəlcədən fövqəladə vəziyyət elan
edilmədən, Sovet ordusu Azərbaycana qarşı
hərbi əməlliyatlara başladı. Faciə zamanı 137
insan öldürüldü, 744 adam ağır xəsarət aldı,
841 nəfər isə qanunsuz olaraq həbs edildi.
Sovet ordusunun əməliyyatları nəticəsində
200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.
Məhz bunun nəticəsində uzun illərdən bəri
arzusunda olduğumuz müstəqilliyə
qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu
qanlı hadisələrdən illər keçsə də, xalqımız o
müdhiş gecəni daim xatırlayır, bu faciəni
törədənlərə öz dərin nifrətini bildirir.
Xalqımızın qan yaddaşında əbədi yaşayacaq
20 Yanvar faciəsi respublikamızda hər il
Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.


Tarix: 20.01.2014 / 10:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 183 Bölmə: Tarixdə bu gün