beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

28 May ve Memmed Emin Resulzade

Tariximizin ən görkəmli simalrından biri, Şərqdə ilk demokratik cumhuriyyətin banisi,böyük mütəfəkkir M.Ə. Rəsulzadənin anadan olmasının 125 illiyi tamam olur. Gənc yaşlarindan siyasi fəaliyyətə qoşulan bu böyük insan iti zəkasının, tükənməz enerjisinin, gərgin siyasi fəaliyətinin hesabına qısa müddətdəAzərbaycan istiqlalının arzudan ideyaya,daha conra isə reallığa çevrilməsində misilsiz rol oynadı. Azərbaycan Xalq Cumhuriyyəti qısa müddətli varlığı ərzində o dövrün ən demokratik cumhuriyyətlərinə örnək ola biləcək ictimai-siyasi və hüquqi dəyişikliklərə imza atması ilə tariximizin şanli səhifələrini yaratdı.

M.Ə. Rəsulzadə Azərbarycanda, həm də bütöv Şərqdə ilk demokratık firqənin əsasını qoydu. Onun yaratdığı Müsavat Partiyası Azərbaycan istiqlalının memarı olmuş ən çətin məqamlarda belə bu ideyanin yaddaşlardan silinməsinə imkan verməmiş, onu bolşevik terroru, sovet təxribatlarından qoruyaraq müasir nəsillərə ərməğan edə bilmişdir.

M.Ə. Rəsulzadənin yaratdığı müsavatçılıq ideologiyası özünün sistemliliyi, elmiliyi və yüksək nəzəri səviyyəsi ilə milli məfkurəyə və dünyada gedən ictimai-siyasi proseslərə inkişafının təsiri ilə həmişəyaşarlılığını, müasirliyini dönö-dönə təsdiqlədi. Elə o səbəbdəndir ki, bu ideoloji sistem milli ideologiyamızın cövhərini, Azərbaycandakı əksər siyasi partiyaların proqram sənədlərinin bazasını təşkil edir.

Bu günlər M.Ə.Rəsulzadənin ideyaları əsasında bərpa olunmuş Cumhuriyyətimiz quruluşu üçün təhlükə yarandığı bir məqamda bu dahi insanin ideya irsinin aktuallığı, milli dövlət quruculuğu üçün əvəzedilməzliyi daha qabarıq surətdə özünü biruzə verir. Müsavatçılıq idelogiyası ilə silahlanmış siyasi partiya və təşkilatlar ölkədə sülalə rejiminin qurulmasına qarşı barişmaz mövqe sərğiləməklə ölkədə demokratiya və dünyəvi rejim uğrunda mübarizələrini cəsarətlə davam etdirirlər. Heç şübhə yoxdur ki, böyük Məmməm Əminin miras qoyduğu ideyalar sonda qələbə çalacaqdir.

Ruhun şad olsun, böyük öndər!


Tarix: 28.05.2013 / 15:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 326 Bölmə: Tarixdə bu gün