Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu günün tarixi (09.02.2013)

1846 — Alman avtomobil konstruktoru Vilhelm Maybax dünyaya gəlib.

1881 — Rus yazıçısı Fyodr Dostoyevski vəfat edib.

1905 — Rusiya hakim dairələrinin təhriki ilə ermənilərin Bakıda azərbaycanlılara qarşı törətdiyi qırğın başa çatıb.

1920 — Parisdə imzalanan müqavilə ilə Şpitsberqen adasının statusu müəyyən edilib.

1924 — Azərbaycan SSR Mərkəzi İnqilab Komitəsinin dekreti ilə Naxçıvan muxtar diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına (Naxçıvan MSSR) çevrilməsi təsdiq edilmişdir.

1931 — 7-ci Ümumazərbaycan Sovetlər Qurultayı başlayıb. Qurultay 16 fevralda başa çatıb.

1934 — Türkiyə, Yunanıstan, Rumıniya və Yuqoslaviya arasında Balkan sazişi imzalanıb.

1948 — Beynəlxalq Dəniz Təşkilatı haqqında Konvensiya qəbul edilib.

1959 — futbolçu və məşqçi Anatoli Demyanenko dünyaya gəlib.

1969 — “Boeing 747”-nin ilk uçuşu həyata keçirilib.

1984 — Sovet lideri Yuri Andropov vəfat edib.

1991 — Litva SSR əhalisi referendumda müstəqilliyinə səs verib.

1993 — Azərbayjan Ordusunun Dağlıq Qarabağın şimalındakı birləşmələri xəyanət nəticəsində mühüm strateji mövqeləri itiriblər. Korpus komandiri, Qarabağ üzrə prezidentin səlahiyyətli nümayəndəsi Surət Hüseynovun əmri ilə qoşun birləşmələri Ağdərə rayonundakı mövqelərdən geri çəkilməyə başlayıb. Fevralın 10-da ölkə rəhbərliyi S.Hüseynovu tutduğu vəzifələrdən azad edib.

1994 — Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında “Dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə” və bir çox sahələrdə əməkdaşlığa dair protokollar imzalanıb.

1995 — Azərbaycan Respublikası Bosniya və Herseqovina ilə diplomatik əlaqələr qurmuşdur.

1996 — Almaniyanın Darmştad şəhərində atom kütləsi 277 olan yeni element sintez edilib.

2004 — “Mozilla Firefox 0.8” veb brauzeri satışa çıxarılıb.

2007 — Prezident İlham Əliyev 2007-ji ilin Azərbayjanda "Gənclər ili" elan edilməsi haqqında sərəncam imzalayıb.


Tarix: 09.02.2013 / 15:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 317 Bölmə: Tarixdə bu gün
loading...