beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

VEFALI VEFASIZIM...

Vefalı vefasızım menim
Sevgilim bu gün düz üç ildir.Üç ildir ki, seadet yağışının nemetlerinden geleceyin ümid dolu xeyallarından istifade ederek yaşayıram.Bütün xatireler yaşadığımız anlarda olduğu kimi tezedir.Kimsesizliyin hezin ve acı musiqi sedaları arasında seni düşünürem. Bezen ise sessiz sedasız qelbimin narahat cırpıntıları arasında hüdutsuz ve derin xeyallara qapılıb özümü seninle senin yanında hiss edirem.Ve o günler bir de gelecekmiş kimi savadsız ve tehsilsiz ruhaniler kimi "Amin" deyirem.Bilirsenmi özüm-özüme gülürem.Acizliyime, seni unuda bilmediyime göre nifret edirem heyatıma.Batan güneşin sessizliyi ile birlikde sensizliyin acı ve iztirabları bütün cılpaqlığı ile men istemeden qoynuma girir meni bir deqiqe bele rahat buraxmır.Özümü qurumuş palıd ağacından sallanan bir yarpaq kimi hiss edirem.Tutunacaq kimsem, kiçicik arxam bele yoxdur.Ayrılıq adı ile esen zeif külek qarşısında aciz qalmış vücudumun titremesi sıxır meni. Senin üçün ikimiz üçün neler ümid etmemişdim?!.Elçatmaz arzulara bele seninle olduğum anlarda ümidle bağlanırdım.Ellerinin istisi, gözlerinin yorğunlugu mene o qeder doğma idi ki, senden ayrıldığım zamanda özümü kimsesiz, yetim uşaq kimi hiss edirdim.Sensiz bu dünya menim üçün mezardı sanki.Bir günün yalnızlığından sıxılar, bezerdim.Sabahı tez açmaq üçün özümü aldadar vaxtın tez keçmesi üçün saatımı bir dala, bir qabağa çekerdim.Misralarını bele bilmediyim mahnılar mızıldanardım.Ebedilik yetim qoydun meni.
Her yerde seni axtrarıram.Senin evezine boş ümidler qoluma girib şeheri menimle birlikde fırlanır.Gezdiyimiz yerlerden keçirem.Senli sensiz xatireler vardır her yerde.Qar altından baş qaldıran benövşe kimi vaxtsız vidasız çıxırlar qarşıma.Budur her zaman eyleşdiyimiz boş skameyka.Yadındadırmı adını adımın yanına yazmışdım o gün.Yoxdur.Silinibdir menim adım.Sevinirem. Balaca bir taxtadan adımı silmeye gücün çatıb.Bes üreyimdene Üreyimden kim silecek senin adını.Baxışınla, gülüşünle, küsüşünle, öpüşünle üreyimin en derin qatlarına cızmadan, sadelik ve mehribanlıq libasında yazmış olduğun adını kim silecek? Sen bilib sene benzer çox insanların elinden tutmuşam.Çoxunun dalınca qaçıb adını çağırmağıma peşiman olmuşam.Gözüm uzanan yollarda qalıb.Ne üçün bele oldu? Günahım ne idi? Özümü müttehimler kürsüsune oturduram. Günahım - Sevmek Şahidim - Sevgim, iztirablarım Hakim - Sen Cezam - Yene de seni sevmek.Ölene kimi.Seni seveceyem sen sevmesen de.Nefesim adını hecalayacaq hemişe.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 376 Bölmə: Sevgi varmı?