Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qorxuram...

Sənin məhəbbətinlə yaşayacağam.Sənin məhəbbətini özümə qalxan,dərdlərimə sipər,sevincimə çələng eyləyəcəyəm. Heç kəsdən,heç nədən qorxmayacam,çəkinməyəcəm.Sənin məhəbbətinlə dünya-aləmi dolaşacam,dünya aləmi ayıracam,dünya-aləmi ələk-vələk eləyəcəm.Məhəbbətinlə alışacam,məhəbbətinlə yanacam.
Sənsiz sənli günlərimi xəyallarımda yaşadacam.Xəyallarımda sənə qısılacam,sənə sığınacam.
Səni gördüyüm zaman sanki, bir andaca haqqımın dərgahına pənah aparıram,bir andaca səni ondan geri alıram.Xəyal dünyamda "yaşaya-yaşaya" günlərimi beləcə başa vururam.
Gecələrimdən qorxuram,gündüzlərimdən qorxuram,xəyallarımı itirməkdən -Səni itirməkdən qorxuram.Sənsiz sənli günlərimdə sənsiz qalmaqdan qorxuram.Çox qorxuram.
Amma mən səni sənli günlərimdə axtaracam.Mən səni ömrümdə günümdə axtaracam.Nə dərdinlə barışacam nə də ki,dərdinə baş əyəcəm.Xəyalınla qovuşacam,xəyalınla danışacam,xəyalınla yaşayacam.Sənsizliyinlə barışmayacağam,sənsizliyinlə alışmayacağam..Dünyaları dəyişik salacam nə o yanlıq,nə bu yanlıq olacam.Səni aydan soracam,səni ulduzlardan soracam.Günəşlə doğmalaşacam,səni ondan soracam.Yorulub sustalacam.
Sirli bir dünya quracam.Ancaq sən və mən göz bəbəyi kimi qoruyacam onu.Kövrəlib dolacam,kövrəlib boşalacam.Son yarpaq ömrümlə xəyal dünyamla yaşayacam.Mən səni sənli günlərimdə axtaracam.Mən səni ömrümdə günümdə axtaracam.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 95 Bölmə: Sevgi varmı?
loading...