Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli Bir Hekaye

Həmişə darıxdığım, gözlədiyim sevginin belə birdən qapımı döyəcəyini, icazə almadan ürəyimdə bir küncə yerləşəcəyini heç düşünməmişdim. Göz gözə gəldiyimiz anda. Başımdan aşağıya buzlu su tökülmüş kimi hiss etdim. Baxışları içimi titrətdi, bilmədiyim, tanımadığım bir dünyanın qapıları açıldı önümdə... Kimdə, nə idi, hansı sinifdə şagird idi, daha əvvəl onu görməmişdim. Bütün gün bu suallarla boğuşdum. İlk şoku atlatdıqdan sonra özümə gəldiyimdə məktəbdə onu axtarışa başladım. Gerçəyi öyrənməm heç çətin olmadı təbii ki! Sifətimə yumruq kimi çarpan gerçəyi... O məktəbimizdə yeni vəzifə yerinə yetirməyə başlamış bir müəllim idi çox gənc olduğu üçün şagirdlərdən ayırt etmək mümkün deyildi. Belə şeylər tək filmlər də olar düşünürdüm. Halbuki mən aşiq olmuşdum. Gözləri gözəl olan yalnız adını və müəllim olduğunu bildiyim biri, qısacıq bir zamanda həyatımı dəyişdirmişdi. Ona aşiq olmam mənim günahım idimi? İnsan hesab kitab edərək aşiq olmazdı ki? Tamam etiraf etməliyəm, mən çox normal biri deyiləm. Başqalarına görə fərqli ola bilərəm., xüsusilə də eşq söz mövzusudursa heç bir zaman sıradan biri olmadım amma bu dəfə tamamilə qismət idi. Sonunda ona söyləməyə qərar verdim. Aşiq olacaq qədər cəsarətliydimsə, söyləyəcək qədər də cəsarətli olmalıydım. Söylədim. Düşün bir dəfə, çat qapı bir şagird gəlir və ‘' mən sizi gördüyüm ilk andan sevirəm'' deyir. Nə hiss edərsiniz bilə bilmərəm ancaq o mənə qarşı çox yetkin, anlayışlı davrandı. Etdiyim uşaqlıqlarla həyatını cəhənnəmə çevirdiyim halda sevgiylə yaxınlaşdı.. Bir gün mənə haqq verəcəksən demişdi bəli onu anlayıram və haqq verirəm. Ən doğrusunu etdi. Zaman bəlkə dəli eşqimi bitirdi. Amma ona olan hörmətim və sevgim sonsuza qədər sürəcək.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 112 Bölmə: Sevgi varmı?
loading...