Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Utanirsan??

Deyəcəm öz dilindən utanırsan? Deyəcəksən yox... Yaxşı, utanmırsan, sevirsən sən ana dilini, çox sevirsən. O qədər çoxdur ki bu sevgi, hörmətszilik belə edə bilirsən. Sevirsən, eləmi? Ona gorəmi imzanı rus, ingilis sözləri ilə bəzəyirsən? Elə hisslər yaşayırsan ki, rlə sözlər axtarışındasan ki, bunu bizim dildə ifadə etmək mümkün deyil?
Maqazinə gedirsən, satıcı səninlə əcnəbi dildə danışacaq, sən isə ona öz dilində deyil, onun danışdığı dildə cavab verəcəksən, sanki Rusiyada yaşayırıq. Hərçənd ki ikiniz də öz dilinizi mükəmməl şəkildə bilirsiniz.Sən de, Utanırsan dilindən?!



İndi zövqlü, müasir görünmək üçün qısa geyinirsən. O dünyada bu geyiminlə sən müasir sayılmayacaqsan, cəhənnəmə birbaşa giriş əldə edəcəksən. Bilmirsənmi qısa geyinmək günahdır? Bilirsən, amma bu sənin üçün elə də vacib deyil, hal hazırda vacib olanı dəbli, zövqlü, müasir görünməkdi, o dünyada isə bir təhər bir şey fikirləşərəm deyirsən.
Sən.. Hə, elə sən.. Sən də günahkarsan. Günahkarsan.. Onu öz baxışlarınla əldə etməyə hazırsan sən.. Onun geyimi sənin ağlını başından almaq üçün, günaha batırmaq üçün bəs edər sənə. Başqaları səni günah işlətməyə dəvət edir, uyma sən!
Dininin buyurduqlarını azdan çoxdan bilirsən sən, amma əksini edirsən, həmin an ağlına din gəlmir ki..
Utanırsan dinindən?!!


Elə hey Vətənini pisləyirsən, suyunu içib havasını udduğun şəhərini bəyənmirsən. Hər hansı bir şəhərlə müqayisədə üstünlüyü şəhərinə deyil, digərinə verirsən. Başqa yad bir şəhəri doğma Bakından üstün tutursan. Düşünürsən ki, sənin arzuladığın o şəhərdə yaşam çoxmu mükəmməldir? Bir sənin Vətənindir səni narazı salan? Gözlərini aç, yaxşı yaxşı bax.. Nə görürsən? Hər gün baş verən zəlzələ, yoxsa fırtınalar?

Utanırsan Vətənindən?!!

Budur sənin devizin!
Doğma dilimi sevirəm de, amma bəyənmirəm fikrini ondan üstün tut. Bəyənirəm de, amma fikrini əcnəbi dillərdə çatdır..
Dinimi sevirəm de amma hörmət etmə. Günah işlə, qaydaları heçə say.
Vətənimi sevirəm də, amma hər zaman hər yerdə pislə..
Hər şey pisdir.. Heç nəyi bəyənmirsən. Bəlkə problem elə sənin özündədir?
Utanmırsan özündən?!!


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 150 Bölmə: Sevgi varmı?
loading...