beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sonu Yoxdur,ele Deyilmi Sevdiyim...?

Ruhumun dərinliklərindən, gecələrdən səslənirəm sənə...

Eşitdirməyə çalışıram, gecənin səssizliyinin hiss etdirdiyi ağrıları...

Sarılacaq yaralar vardır...

Mən çarəsiz xəstəliklərdə, çarəsiz bir aşiqəm...

Möhtac deyiləm sevginə, deyə bilmək istəyirəm...

Deyə bilmərəm çünkü, möhtacam! Sevgin yaşadır məni bəlkədə...

Alov bədənimi qucaqladı sevdiyim bilirsən?...

Bu elə bir alov deyil sevdiyim. Bildiyin atəş deyil...

Yandırmayan söndürülə bilməyən, bu atəş məni günlərdir ac buraxır bilirsən?

Sən, heç bu atəşi bədənində hiss etdin?

Hiss etdin sevdiyim...

Səndə hiss edirsən. Biz hiss edirik bu atəşi, elə deyilmi?

Peşmanıqmı? Deyilik sevdiyim, peşman deyilik...
Birlikdəyik sevdiyim, xoşbəxtik elə deyilmi?

Xoşbəxtik sevdiyim... Xoşbəxt qalacağıq... Sevib Seviləcəyik...

Bir-birimizə körpə kimi baxacağıq, elə deyilmi sevdiyim?

Hə sevdiyim hə, körpə kimi baxacağıq... Çəkinəcəyik bir tozdan belə... Gözləyəcəyik ən kiçik pis sözdən...

Qısqananlar varmış bizi.. Qoy qısqansınlar, elə deyilmi sevdiyim ?

Biz bir-birimizi daha çox sevərik, elə deyilmi? Hə sevdiyim hə, daha çox sevərik...

Bu sətir son olsunmu sevdiyim?
Olsun, hər şeyin bir sonu vardır, elə deyilmi sevdiyim?

Xeyr sevdiyim yoxdur... Bir tək şeyin sonu yoxdur sevdiyim bu dünyada...

SƏN və MƏN...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 69 Bölmə: Sevgi varmı?