Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nə Yaxşı Ki Gəldin

Gecə idi..Səni mənə daşıyan gecəyə sən yaxın idin, mən də sana ağır axsaq işləyən zamanın saldığı tələlərdən xilas olub gəldim xoş gəldim qorxularınla..Sirlərinlə və yalnız gözlərinə dərin baxanların görə biləcəyi ağrılarınla gəldin yaxşı ki gəldin..Gözləyişlərim, içinə həbs etdiyim həsrətlərim vardır. Nə qədərdir kimsəylə paylaşmadığım hüznlərim, soruşa bilmədiyim suallarım, xatırladığımda ürəyimdə yaradacağı o qorxunc sızını eşitməkdən qorxduğum üçün beynimin bir küncünə atıb atdığım və bir daha heç toxuna bilmədiyim xatirələrim vardı.İndi azad buraxdım həsrəti, indi hüzn də sevinc də doyana yaşanır məndə suallar cavabını tapır xatirələr canlanır çünki SƏN GƏLDİN...Susmaq nə çox ağıllandırmış məni… Nə çox yığmışam sözlərimi bir-bir tökülərkən dilimdən sevda sözləri sənin o narahat duruşun, belə dayandıra bilmir məni "səni tənəffüs edən bir rüzgara qapılmış gedirəm" ürəyimi bir yelkən kimi açdım, səninlə doldururam, səninlə olmanın, səni yaşamanın və zamanı yalnız səninlə paylaşmanın bənzərsiz həzzini duuram. Nə yaxşı etdin də gəldin..Bir cadusansa pozulma, bir xəyali yaşayırıqsa itmə, həmişə biz həll edəcək deyilik ya doğrunun düyünlərini, burax öz halında qalsın, ruhuna talibim mən, əsl doğru bu qaçışlarda bezmiş, həmişə yarım qalmış ruhum da bir tək səninlə xoşbəxtliyə çatacaq, özünü tapacaq, dedim və SƏN GƏLDİN..Bir mavi var elə harada gizlətmişdim mavini? Kimlərdən gizləmişdim? Bax, günəş belə mavi mavi parlayır görürsənmü? Yavaş yavaş yox olur ürəyimin gir layları maviylə xatırlanır görə bildiyim hər şey ən çox maviyə tutqunum mən, buna görə mavi sən olursan. Uşaq kimi sevinirəm sən maviylə gəldin....
Doğru. Uşaq olmağ üçün nə qədər darıxmışam mən. Sənin içindəki uşaqla oynayacaq uşaq yalansız və saf olacaq, qumdan qalalar edəcək, içinə səni qoyacaq qalanı yıxacaq, səni qurtaracaq qəhrəman olacaq, qışqırıqlar atacaq yorulmayacaq sənsiz heç bir oyuna oynamayacaq.Qorxma içindəki o uşaq həmişə yaşayacaq, kimsənin zərər verməsinə icazə verməyəcəyəm çünki, sən o uşaqlar ilə gəldin.Yoxdum mən, səndən əvvəl yoxdum sanki.Sən gəldin, varlığımı bildim. Sən gəldin, bir doxunuşun, bir öpüşün necə də böyük bir həzzə çevrildiyini gördüm sən gəldin mən oldum, sən gəldin mən aşiq oldum NƏ YAXŞI Kİ, GƏLDİN.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 189 Bölmə: Sevgi varmı?
loading...