Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QADIN

Qadın-artıq aktrisa deməkdir, istənilən rolu müvəffəqiyyətlə yerinə yetirə bilirlər.



Qadın-artıq şahzadə deməkdir, yer üzündə mövcud olan bütün krallar tərəfindən sevilməkdədirlər.



Qadın-artıq qul deməkdir, hər şeylə barışmağa məcbur olan və bir çox amillər qarşısında boyun əyən.



Qadın-artıq səhra dəməkdir, bir kişini susuz buraxmaq iqtidarındadır.



Qadın-artıq özündən asılı olmadan güclü deməkdir, zəif cins kimi qələmə alınsa belə, daim həyatda mübarizə aparmaqdadır.



Qadın-artıq tale deməkdir, bəzən istədikləri halda insanın taleyini dəyişmə gücündədirlər.



Qadın-artıq səbr və əmək deməkdir, qarşılarına məqsəd qoyduqları zaman daha çox səbr edir və daha çox əmək sərf edirlər.



Qadın-artıq xoşbəxtlik deməkdir, hansı ki heç vaxt qorunmur.



Qadın-artıq təhlükə deməkdir, özlərində həm odu, həm buzu daşımaqdadırlar, bəzən od kimi kişiləri yandırır, bəzən buz kimi soyuq davranaraq tərk edirlər.



Qadın-artıq gözəllik deməkdir, o gözəllik ki bəzi hallarda kişiləri bir addım geri atmağa məcbur edir.



Qadın-getdiyin yollarda yaşıl işıq olması deməkdir, bəzən hər şey o qədər asan başa gəlir ki...


Qadınsansa artıq Tanrı tərəfindən seçilmisən, lakin artıq Onun tərəfindən cəzalandırılmalısan, çünki artıq acı və ağrıların yazıldığı varlıqsan...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 123 Bölmə: Sevgi varmı?
loading...