beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xosbext Ol.......

Xoşbəxt ol yaşadığın üçün,Xoşbəxt ol yaşadıqların ,yaşayacaqların,yaşatacaqların üçün, Aldığın nəfəs,içdiyin su üçün,için-için ağlaya bildiyin,yeri gəldiyində hıçqıra bildiyin üçün,Xoşbəxt ol, insan olduğun üçün …Görə bildiyin üçün görə bildiyin uzaqları,ayna kimi dəqiq görə bildiyin üçün,eşidə bildiyin üçün həyati,hiss edə bildiyin üçün xoşbəxtliyi,acını,sevgini,sevgini yaşaya bildiyin üçün…Allahın bu haqqları sənə verdiyi üçün,Xoşbəxt ol,dünyada olduğun üçün …Kədərlənə bildiyin üçün belə,Xoşbəxt ol.ağladığın, gözyaşı tökdüyün zamanda belə,həyatdan nifrətini dilə gətirdiyin anda belə,intihar etmək istədikdə belə,nələr düşünürəm de,gül özünə və Xoşbəxt ol…Sevə bilirsənsə həqiqətən eger,Xoşbəxt ol…Sevginin gerçəyini yaşayırsansa, tükənmirsə sevgin,illər keçirsə və səni sevirəm demək gəlirsə içindən hələ,çəkib getsə də bir gün o, bəlkə gəlir deyə düşün,Xoşbəxt ol!Yox belə bitə bilməz,belə çəkib gedə bilməz də və gözlə,bu sehrin küçələrində gözləməkdəykən,ümidli ol…Hər şeyi yerində yaşıyırsansa,Xoşbəxt ol…Qışların qısa, yazların uzunsa yaşamında, Az yağmurlu, bol günəşliysə qismətin,Xoşbəxt ol … Heç bir şey yoxsa belə səni məmnun edən,həyatda olduğunu düşün və Xoşbəxt ol,qismətin sənə gülməsini gözləmə,sən güldür onu,Xoşbəxt ol…Gözlə gözəl günləri səbirlə,sənə yaxındır,Xoşbəxt edə bildiyin üçün insanları,Xoşbəxt ol …Düşünə bildiyin üçün belə Xoşbəxt ol,doğruyu,yanlışı bildiyin,ayırd edə bildiyin üçün Xoşbəxt ol,insanlar üçün əhəmiyyətlisənsə və əhəmiyyət verirsənsə insanlara, Yaxşı gündə bir ordu,pis gündə dostun varsa yanında,dünyanın qismətidir bu,sən fikir vermə və Xoşbəxt ol…Haqqlısansa əgər iddianda Xoşbəxt ol…Həmişə arxadan vurulsan belə,kimsəni incitmədən incisən belə,layiq olmadığın şeylər yaşasan belə,özün kimi yaşa və Xoşbəxt ol … Xoşbəxt ola bildiyin üçün Xoşbəxt ol,ağlamak istədiyində göz yaşın olduğu üçün,qışqırmaq istədiyində səsinin çıxdığı üçün,qaçmaq istədiyində qaça bildiyin üçün,Xoşbəxt olub coşa bildiyin üçün yeri gəldiyində…Darıxa bildiyin bir kəs olduğu üçün, Sən, sən olduğun üçün təbii və gerçək, Hər şeyə, yaşama inad,XOŞBƏXT OL !!!


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 113 Bölmə: Sevgi varmı?