Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözel Heyat...

Bir gün çox varlı bir ailəyə malik
olan ata kasıb insanların
yaşayışını balaca oğluna
göstərmək məqsədi ilə
şəhərdən kənarda, qısa bir
səfərə çıxır.
Onlar bir neçə günlərini cox
kasıb bir ailənin fermasında
keçirirlər və oğlan onların
yaşayışını diqqətlə seyr edir.
Bunlar səfərdən qayıdarkən ata
oğlundan soruşur: Hə oğlum
səfər necə idi?
Çox gözəl idi, ata.
O kasıb ailənin necə çətinliklə
yaşadığını gördün? Ata soruşdu.
Hə lap yaxşı gördüm, oğul
cavab verdi.
Onda de görüm bu səfərdən sən
nə öyrəndin? Ata soruşdu.
Oğul çəkinmədən cavab verdi:
Mən gördüm ki bizim bir itimiz
var ancaq onların dörd.
Bizim həyətimizdə hovuz var,
ancaq onlar sonu olmayan bir
çay qırağında yaşayırlar.
Bizim həyət sadəcə fənərlərlə
bəzənib, lakin onlar göydəki
ulduzlara malikdirlər.
Biz yaşamaq üçün torpağın
yalnız bir hissəsində ev tikmişik,
ancaq onlar sahələrə
malikdirlər.
Bizim xidmətçilərimiz var ancaq
onlar başqalarına xidmət
edirlər.
Biz ərzaqlarımızı alırıq ancaq
onlar öz qidalarını yetişdirirlər.
Biz bizi qorumaq üçün evimizi
hasara almışıq lakin onlar onları
qoruyan dostlara malikdirlər.
Oğlanın atası bir söz demədən,
sadəcə oğluna təəccüblə
baxırdı.
Ata sənə təşəkkür edirəm ki sən
mənə bizim necə kasıb
olduğumuzu vaxtında sübut
etdin.
Çünki, onlar nə qədər
çətinliklərlə yaşasalar da,
onların həyatı bizimkindən
daha gözəl və daha mənalıdır


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 70 Bölmə: Sevgi varmı?
loading...