beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GüLümse... Sabah Daha Da Pis OLacaq...

İlk keşf etdiyim zaman mənə doğurdan da çox qatı və pisimist gələn bu baxış, əslində həyatı təsiri altına alıb, necə olursa bu əsas prinsiplər insanların həyatında yerləşib.
Hıyatda əgər nə isə tərs gedəcək kimi bir ehtimal varsa bu mütləq eıə də olacaq... Bu qaça bilməyəcəyiniz sondur. Bəzən öz özümüzə sual veririk, indi nə etdim ki, başıma bunlar gəldi??? Bir şey etməyinizə ehtiyac yoxdur. əgər ki tərs getmək şansı olan bir iş görmək istəyirsinizsə bu mütləq tərs olacaq... Ya heç nə etməyin həyatda, ya da tərs gedən şeylərə alışdırın özünüzü :)
Hətta indi soruşacaqsınız: Bir şeyin tərs getmək ehtimalı 1dən çoxdursa nə olacaq???? hmmm!!! Bax onda, sizə ən çox zərər verəcək proses həyata keçəcək... Heç şübhəniz olmasın...
onun üçün icaze verim getsin həyat, deyəcəyinizi bilirəm... Hadisələri öz gedişinə buraxanda pisdən daha pis olar, bunu da unutmayın...
Çünki "Həyat səhvin və əksikliklərin tərəfindədir!!!!"


Sehvlərinizi düzəltmək üçün isə təcrübəyə ehtiyacınız var. Mütləq bu təcrübəyə ehtiyacınız olmayan bir vaxtda sahib olacaqsınız...
Bunları oxuduğunuz zaman əgər mənim pisimistlik yönümün dedikləri olduğunu düşünürsünüzsə, Xeyr!!!!
Bunlar "Murphy Qanunudur"!
Müdaxilə edəcyiniz hər şeyin daha da bərbad olacağını, pis günə salıb qoyacağınızı söyləyən, beləliklə qoyun həyat geçsin... Hər cü işlər pis nəticələnir deyeən filosof Murphy. Qanunlarının hamisina baxdığınız zaman əslində pisimistcə yox realistcə yaxınlaşdığını görəcəksiniz... Bir necə dəfə oxuduğunuz zaman isə həyatın sirrinə agah olursunuz... Bir şey üçün çırpınmağa başladığınızda da onun onun get gedə bir heç olduğunun şahidi olmamısınızmı siz???
Mən bir az zaraft qarışıq yazsam da baxmayın mənə, adam ciddi-ciddi qanun qoyub, olacaqlar üzərində işləmiş elm adamı, mühəndis. Bir gün bir işdə uğursuzluğa məruz qalır və ardından bu nəticə üzərinə diqqət verir və Murphy qanunları dediyimiz bu teoriya ordan ortaya çıxır. Qanunları bir-bir danışmağı mənası yoxdu, Googledə yazın hamısı çıxacaq... Ancaq misal göstərmək lazımdırsa ən klassikləri (sizində başınıza gəlib bəlkə)


* Nə vaxt bir yerə geciksəniz, tıxacdan çıxa bilmirsiniz... ya da nəsə problemsiz keçmir.
* Bir mürəbbəli yağlı çörək əlinizdən sürüşəndə mütləq qarşınızdakı insanın üzərinə düşür. Hələ də xalca və ya aşıq rəngli nə varsa ona düşər.
* Bir şeyi təmir edərkən daha da pis günı salırsınız.
* Sizə lazım olanda kopyuteriniz xarab olar
* Hemişə tətildə xəstələnir ya da ki xəstələnməyə başlayırsınız.
* Uzun müddət sizə lazım olmayan bir əşyanız nə vaxt lazım olsa ortadan yox olur. Hara qoyduğunuzu tapa bilmirsiniz.
* Telefonunuza tanımadığınız bir nömrədən gələn və bu səbədən cavab vermədiyiniz nömrə mütləq iş üçün sizi axtaran bir insanındır. Ya da zəng etməyini çox istədiyiniz bir insana aiddir.
Bunlar ümumidir... Hamı öz həyatından misal götərə bilər... Dünya haqqında ən doğru sirr budur!!!! Təkrar edirəm: Bir işin tərs getmək ehtimalı varsa tərs gedər...
Başınıza gələn tərsliklərə gülməyi də öyrənin...
Özünüzü itirməyin!!! Sakit olun!!!! və gülümsəyin, Çünki sabah bu gündən daha da pis olacaq... :)


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 103 Bölmə: Sevgi varmı?