beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən iynə olacam saman içində
Mən iynə olacam saman içində

Bəlkə xatirinə düşmürəm indi,
Yadına düşəcəm zaman içində.
Hələ çox arayıb axtaracaqsan,
Mən gözdən itəcəm duman içində.

Arxamca qaçsan da çatmayacaqsan.
Hər yeri axtarıb tapmayacaqsan.
Gecələr fikirdən yatmayacaqsan,
Bu qədər tərddüt, güman içində.

Daha danışmağa bitəcək sözün.
Bəlkə səhvlərinə qızarar üzün.
Hər yanda tək məni axtarar gözün.
Mən iynə olacam saman içində.


Tarix: 29.04.2015 / 10:48 Müəllif: Aziza Baxılıb: 190 Bölmə: Sevgi şerləri