beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi Otağı

Bir otaq tapmışam sığınmaq üçün,
Bağlı qapıların açıram hələ...
Açarı qıfıldan böyük otağın,
İndi də cəftəsi gəlməyir ələ..
Sevgi OtağıSevgi OtağıSevgi Otağı
Bu axı bəxtimin nişanəsidir,
İşıqa əl atdım qaranlıq oldu.
Deyəsən açıldı bu bağlı qapı,
Özümdə bilmədim biranlıq oldu.
Sevgi OtağıSevgi OtağıSevgi Otağı
Qəribə sükut var otaq içində,
Havadan bir ümid qoxusu gəlir.
Elə bil yatmayıb hicran oyaqdı,
Nədənsə vüsalın yuxusu gəlir...
Sevgi OtağıSevgi OtağıSevgi Otağı
Mən hara düşmüşəm axı bilmirəm,
Bu otaq qaranlıq qəbirdən betər...
Bir dəfə qapısın açıb-örtmüşəm,
Gedib bu mənadə bir ömür hədər!


Tarix: 25.11.2014 / 13:33 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Sevgi şerləri