beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mələyim
Mələyim

Nə yaxşı tanıyıb sevmişəm səni.
Gəlişin ömrümə sevinc gətirdi.
Bir günün içində dəyişdin məni.
Gülüşün üzümdən qəmi götürdü.

Hər zaman mələyim deyirəm sənə.
Sən isə mələkdən daha gözələn.
O incə ürəyin dayanar məncə.
Bu eşqi təsəvvür eyləyə bilsən.

Sən mənim tək gülüm, tək çiçəyimsən.
Cənnəti versələr vermərəm səni.
Bu dünya içində öz mələyimsən.
Varlığın en xoşbəxt eləyir məni.


Tarix: 29.04.2015 / 10:34 Müəllif: Aziza Baxılıb: 197 Bölmə: Sevgi şerləri