beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Danışmaq istəsən özün Zəng Elə

De bu nə baxışdı, vurğunam gözə,
Sevirəm, bağliyam təbəssümünə
Həm səndə, həm məndə inad içində
Düşmüşük qısqanclıq məngənəsinə,
Danışmaq istəsən özün Zəng elə.

Ürəyin istəyir, qürur yox deyir,
Ağlını başından kənar eyləyir
Telefon əlində nəyi gözləyir?
Nömrəmi yığırsan basmırsan yesə,
Danışmaq istəsən özün Zəng elə.

Nəfəsim olmusan, mənə gərəksən
Dilimdə tutduğum arzu diləksən,
Yoluma əkdiyim gülsən, çiçəksən
Səsinə möhtacam amma ki, mənlə
Danışmaq istəsən özün Zəng elə.

Buraq qürurunu, sən bir kənara
Atdıgın o, yərdə məni gəz ara
Qədrimi biləssən düşəndə dara
Onda çox gec olar dönməyin mənə,
Danışmaq istəsən özün Zəng elə.

Gözlərəm zəngini həm səhər, axşam
Sən çixib gədəni qəmə sirdaşam,
Həsrətdən alışıb yanıram, şamam
Nə deyim bilmirəm, nə deyim sənə?
Danışmaq istəsən özün Zəng elə..


Tarix: 26.12.2014 / 12:43 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Sevgi şerləri