beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sən gəlin olardin, mənsə ölərdim..

Niyə çağırmadın? Bəlkə gələrdim...

Dedilər olubdur toyun, sevgilim,

Niyə çağirmadin? Mən də gələrdim.

Ya indi, ya sonra ölsəm, nə fərqi?!

Sən gəlin olardin, mənsə ölərdim...

Əhdini pozmusan dəyişib bütün,

Bir gəlin olmusan başqasi üçün.

Dedilər, doyunca gülmüsən o gün,

Son nəfəs verərkən mən də gülərdim.

-Niyə çagirmadin? Bəlkə gələrdim...

Təbəssüm etmisən, çatilib qaşin,

Belkə də deyərdim "fikrindən daşin".

Evindən çixanda axib göz yaşin,

Gözünün yashini kaş mən silərdim.

-Niyə çagirmadin? Mütləq gələrdim...

Qalmayib yarali qəlbimdə təpər,

Məzarim qoy olsun arada çəpər.

Ölümdən beterdi bu qara xəbər,

Çün səni özümə həyat bilərdim.

-Niyə çagirmadin? Vallah gələrdim.

-Sən gəlin olardin, mənsə ölərdim...


Tarix: 27.01.2015 / 12:43 Müəllif: Aziza Baxılıb: 73 Bölmə: Sevgi şerləri