beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sensiz Yaman Darixmiwam

: Ürəyimdə suxurlanmış məhəbbətin izlərini, Baxışınla yaşadarsan ilk eşqimin bənzərini, Bu dünyaya dəyişmərəm şəfəq sacan gözlərini, Od almışam sifətindən, axıb sənə qarışmışam Sənsiz yaman darıxmışam! Bir haray var gəncliyimdə, qoyammıram ona bir ad Gör nədəndir? Eşqimizdən ərşə qalxıb nalə,fəryad Bu ayrılıq günlərində bircə kərə olsaydıq şad, Deyə bilməm, bəxti kəməm, dərdli- qəmli yaranmışam Sənsiz yaman darıxmışam! O gülüşün nə şirindir, həsrətinsə yaman cətin Mən soyuyub buza döndüm, qızdırarmı hərarətin? Bir gizlicə, bir alovlu, bir bəlalı məhəbbətin Alovunda tüstülənib, yanıb-yanıb kül olmuşam Sənsiz yaman darıxmışam! Elə bilmə sakit-sakit inildəyən mən bir neyəm, Elə bilmə saclarına sıgal cəkən bir küləyəm, Uzaqdasan... Xəyalınla yaşayıram, elə bil ki səninləyəm Harda olsam səni hər an düşünməyə calışmışam Sənsiz yaman darıxmışam!


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 61 Bölmə: Sevgi şerləri