beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ӼօşɮəӼȶʟɨʏɨʍɨ ǟʟɖıռ....

Bir külək idin sanki...
Birdən-birə gəldin həyatıma hər şeyi alt-üst edib və getdin...
O gün... O gün mənə demişdin hər şeyi... Məni sevdiyini... Hər zaman sevəcəyini... "Hər zaman mənim ol!" demişdin... Mənə "səni itirməkdən qorxuram" demişdin... O gün... Ən xoşbəxt gün idi sanki... Amma hardan bilmək olardı da belə olacağını... Ağlımda da qalan bir söz var... Demişdin ki, mənə "səni çox sevirəm" və yalnız sənin xoşbəxtliyini istəyirəm... Elədi... Mənim xoşbəxtliyimi istəyirdin.. Eləcə də elədin... Gəldin, aldın və getdin...
Kədərsə mənə qaldı... Bundan zövqmü aldın bilmirəm... Xoşbəxtliyimi alt-üst etməklə nə qazandın bilmirəm... Səni mən necə unudacam bilmirəm... Bu gündən sonra nə edəcəyəm bilmirəm... BİLMİRƏM...
ӼօşɮəӼȶʟɨʏɨʍɨ ǟʟɖıռ....
Ürəkdən gülmürəm... Mən sevgi nədir, bilmirəm... Bəlkə də bilirəm... Amma yalnız pis sözlərlə ifadə edirəm... Xəyanətlə, bəhanəylə, ayrılıqla... İstədiyim çox şey deyildi bəlkə də, hə? Bəlkə də çox şey istədim... Amma mən səninlə sadəcə ömür boyu olmaq istədim... Yoxsa mənim o xoşbəxt həyatıma külək kimi gəlməyini yox... Xoşbəxtliyimi alıb, kədərlə əvəz etməyini yox... Nə olar artıq dön geri... Razıyam bu yaşatdıqlarından sonra olsa da dön geri... Peşman olduğunu söylə... Mənə sevdiyini söylə... Xoşbəxtliyimi qaytar geri... Axı nə olar dön...
ӼօşɮəӼȶʟɨʏɨʍɨ ǟʟɖıռ....
İndi hardasan bilmirəm... Amma mən yalnız sənin şəklinə baxıb o xoşbəxt günləri yada salıb ağlaram... Xoşbəxt günlərimizi yada salıb ağlaram... Xəyal edərəm... Darıxaram... Küsərəm həyatdan... Mənə sənsizlik verdiyinə görə küsərəm həyatdan! Nə edə bilərəm ki, başqa? Necə də güclü ola bilərəm? Əlimdən yalnız bu gələr başqa heç nə...

İnanmıram bəlkə də geri dönməyinə... İnanmıram bəlkə yenidən xoşbəxt olmağıma... Amma başqa da heç nə istəmirəm... Sadəcə dönməyini... Dönüb yenidən xoşbəxt olmağımızı istəyirəm... Mən axı buna layiq deyiləm! Mən axı yalnız əvvəlki xoşbəxtliyimi istəyirəm...

Kim bilir sən məni necə xəyal edirdin... Kim bilir sözlərin bəlkə yalan idi... Kim bilir gözlərin, baxışların da bəlkə yalan idi... Kim bilir bəlkə sən mənim gözlərimin içinə baxıb, "səni sevirəm" dediyin o an yalan idi... Kim bilir bəlkə əl-ələ tutuşduğumuz an yalan idi... Kim bilir bəlkə hər şey yalan idi... Bəlkə sevirdin də, amma istəmədilər bizim xoşbəxt olmağımızı... İnanmırdım mən bir gün ayrılacağımıza... İnanmırdım xoşbəxtliyimizin tapdalacağına... İnanmırdım bu sevgimizin solacağına... İNANMIRDIM... Amma inanmaq məcburiyyətindəyəm... Artıq ayrılıqa öyrəşməliyəm... Sənsizliyə, səssizliyə alışmaq məcburiyyətində qoydun məni... Amma artıq heç nə fikirləşmirəm, yalnız dönməyini istəyirəm... Mən öz əvvəlki xoşbəxt həyatımı geri istəyirəm...


Tarix: 27.01.2015 / 12:41 Müəllif: Aziza Baxılıb: 146 Bölmə: Sevgi şerləri