Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Payiz Geldi - Fikret Qoca

Gözlərim hər axşam axtarır səni,
Ürəyim yollardan qayıtmır evə,
Sənsiz dalğalar da tanımır məni,
Neyləyim ürəyim heç yatmır evə.

Küçələr, döngələr izindən qalır,
Yarpaq pıçıltısı sənin səsindi,
İşıqlar zil qara gözündən qalır,
Bu şirin xatirə mənim bəsimdi.

Özümü aldadır hər axşam-səhər,
Elə bu havanı oxuyuram mən,
Vallah səndən ötrü çox darıxmışam,
Başqa nə gəlir ki axı əlimdən?

Dostlarım bilirlər nələr çəkirəm,
Hər axşam könlümü alırlar mənim,
Hər dəfə qapımı döyən zaman qəm,
Dostlarım həmdəmim olurlar mənim.

Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz…


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 181 Bölmə: Sevgi şerləri
loading...