beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gizlice Aglayiram

Gündüzler toplayıb içimde qemi,
Gizledirem her kesden yixilmiş meni,
Hesretinle silirem yaş gözlerimi
Geceler gizlice ağlayıram men

Hirsimi küfürlere her gün tökürem
Ruhumu qelbimden alıb sökürem
Sevgim qarşısında men diz çökürem
Geceler gizlice ağlayıram men

Parça parça olub hicrandan ürek
Ölüme doğrudur qelbimde istek
Nemli gözlerimi silib senin tek
Geceler gizlice ağlayıram men

Hönkürüb ağlayıram boğur hıcqırıq,
Yastığa sarılmışam üreyim qırıq
Biz birge gülürdük,tek ağlayırıq
Geceler gizlice ağlayıram men

Aylar keçib üstünden unutmamışam
Sen deme özümü aldadırmışam
Xeyallar qurmaqdan men yorulmuşam
Geceler gizlice ağlayıram men

Nefesinden uzaq heyat donubdur
Üreyim sen geden yola qonubdur
Xoşbextlik varlığını artiq danıbdır
Geceler gizlice ağlayıram men

Göz yaşım tökülür,siqaret sönür
İçirem durmadan beden sürünür
Qelbim senin sevginle her gün döyünür
Geceler gizlice ağlayıram men


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 316 Bölmə: Sevgi şerləri